İnsanlara hürriyət, millətlərə istiqlal!

"QARASU OYL"UN FƏHLƏLƏRİ TƏQİB OLUNUR

3529 20.03.2011 20:30 Son xəbər A A

Adının çəkilməsinin isyəməyən fəhlə bildirib ki, iki həftə öncə maaşlarının artırılması tələbi ilə keçirdikləri mitinqdən sonra şirkət rəhbərliyi onları təqib edir, bir araya toplanmalarına imkan vermir. Fəhlə deyib: "Bizi avtobuslara doldurub nəzarət altında buruqlarda, sahələrdə işləməyə aparır, eləcə də qaytarırlar. Heç bir briqadanın digri ilə təmasına icazə verilmir. Sibirdə meşə qırmağa aparılan dustaqlara oxşayırıq".

Başqa bir neftçinin sözlərinə görə, üstəlik, MTN-in Şirvan şəhər şöbəsi də onları sorğu-suala çəkir: "Guya ki, mitinqin müsavatçılar və cəbhəçilər tərəfindən təşkil edilməsini araşdırırlar. Biz onlara deyirik ki, heç bir siyasi tələbimiz yoxdur. Tələbimiz yalnız sosial-maddi xarakter daşıyır. İstəyirik ki, biz də Rusiyadan gəlib 5-10 min manat qazanan əcnəbilər qədər olmasa da, onların yarısı qədər məacib alaq.

Qeyd edək ki, "Qarasu oyl" fəhlələri 350 manat civarında maaş aldıqlarını bildirirlər və bunu mənfəətli neft sənayesinin zəhmətkeşləri üçün az hesab edirlər.

O da qeyd olunur ki, ruslardan əvvəl "Qarasu oyl"u finlər işlədib. Onların vaxtında fəhlələrin vəziyyəti pis olmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR