İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda daimi sülhün klassik və dəyişməz şərti

997 19.07.2018 09:40 KİVDF layihələri A A

Ermənistan işğal altındakı əraziləri boşaltmağa başlamayınca, müharibə bitmiş sayılmayacaq; Levon Ter-Petrosyandan Paşinyana mühüm Qarabağ mesajı, “ağsaqqal məsləhəti”

Ermənistanda 8 may hakimiyyət çevrilişindən sonra Dağlıq Qarabağ ətrafında yaranan və müstəsna olaraq, yeni hökumətin təxribatçı siyasətindən qaynaqlanan təhlükəli situasiya davam edir. Avropaya ilk uğursuz rəsmi səfərindən dərhal sonra növbəti dəfə işğal altındakı Dağlıq Qarabağa gələn Paşinyan həm öz qanunsuz səfəri, həm də sülhü daha əlçatmaz edən növbəti açıqlamaları ilə konfliktin dinc yolla nizamlanmasında maraqlı olmadığını bir daha nümayiş etdirdi.

Maraqlıdır ki, məhz bu arada N.Paşinyanla ölkənin eks-prezidenti, “Erməni Ümummilli Konqresi” Partiyasının rəhbəri Levon Ter-Petrosyan görüşüb. Görüş Paşinyanın evində baş tutub. Ter-Petrosyanın təşəbbüsü ilə reallaşan görüşdə əsas müzakirə mövzusunun Qarabağ konflikti və Ermənistanın xarici siyasəti məsələsinin olduğu deyilir.

*****

Xatırladaq ki, Paşinyan vaxtilə Ter-Petosyanın rəhbərlik elədiyi qurumda təmsil olunub. Yəni onlar əqidədaş olublar. O vaxt Nikol Paşinyan Qarabağ məsələsində sabiq prezidentin qismən mötədil sayılan mövqeyini, mərhələli həll planını bölüşürdü. Sonradan onların yolları aralandı. İndi isə baş nazir kimi təcrübəsiz və böyük siyasətdə diletant olan Paşinyan Qarabağ məsələsində hətta hakimiyyətdən devirdiyi Serj Sərkisyandan da radikal mövqe sərgiləyir, sərsəm şərtlər irəli sürür. Bu şərtlər isə Bakı tərəfindən qəbul edilməsi mümkünsüz olmaqla yanaşı, Azərbaycanla labüd müharibə deməkdir.

paşinyan ile ilgili görsel sonucu

Yaranmış vəziyyətin Ermənistan üçün təhlükəlilik dərəcəsini kim bilməsə də, eks-prezident Ter-Petrosyan təbii ki, dəqiq bilir. Üstəgəl, “məxməri inqilab”dan sonra Nikol Paşinyan xarici siyasətdə, Qarabağ siyasətində nə Qərbdən, nə də Rusiyadan ümid elədiyi ciddi dəstəyi ala bilmir. Ölkə daxilində isə köklü siyasi-iqtisadi islahatlar gözlənildiyindən qat-qat ləng gedir.

İstisna deyil ki, Ter-Petrosyan həm bu, həm də digər məsələlərlə bağlı keçmiş partiyadaşına bəzi “qiymətli ağsaqqal məsləhətləri” verib. O sırada Dağlıq Qarabağ probleminin mərhələli həldən başqa digər dinc həll variantının mümkün olmayacağını keçmiş partiyadaşının diqqətinə çatdırıb. Bu plan Azərbaycan torpaqlarının mərhələli şəkildə azad edilməsini, Dağlıq Qarabağın yekun statusunun isə sonraya saxlanmasını nəzərdə tutur.

“Yeni Müsavat” xatırladır ki, Ermənistanın birinci prezidenti 1998-ci ildə məhz bu plana görə Moskvanın rüsxəti  və “Qarabağ klanı”nın (Köçəryan-Sərkisyan tandemi) əli ilə prezident kürsüsündən salınıb. Türkiyə və Azərbaycanla sərhədlər açılmadan Ermənistanın inkişafının qeyri-mümkün olduğunu dəfələrlə bəyan edən Ter-Petrosyan o vaxt belə bir “qanadlı ifadə” işlətmişdi ki, “Qarabağ məsələsi ilə bağlı indi bizə təklif edəni götürməsək, gələcəkdə yalvaracağıq. Çünki Azərbaycan daha da güclənəcək”.      

*****

Ä°lgili resim

Tamamilə mümkündür ki, eks-prezidentlə Paşinyanın söhbətinin qayəsində ilk növbədə həmin “qanadlı ifadə” dayanıb. Ter-Petrosyanın “ağsaqqal məsləhətləri”ndən başqa biri yəqin ki, müharibə riskini azaltmaq yönündə olub. Qeyd edək ki, son vaxtlar erməni baş naziri daxili auditoriyanın diqqətini vəd edilən islahatlardan yayındırmaq üçün tez-tez Qarabağda müharibə qorxusu haqda danışır, orduya hazırlıq əmri verdiyini bildirir. Lakin bu taktika da özünü doğrulda bilmir. Paşinyanın guya hər şeyin nəzarət altında olduğunu bəyan etməsi xüsusilə də erməni mediasında və ekspert cameyəsində birmənalı qarşılanmır.

Məsələn, erməni şərhçi Qarnik Gevorqyan baş nazirin artıq ikinci dəfə Qarabağla bağlı danışdığına diqqət çəkərək deyib ki, Paşinyan bu mesajlarla cəmiyyəti sakitləşdirməyə çalışır (publika.az): “Lakin reallıqda Qarabağ cəbhəsində vəziyyət gərgindir. Xüsusilə beynəlxalq platformada da münaqişə ilə bağlı yanaşmalarda təhlükə hiss olunur və bu təhlükə də ilk növbədə Rusiyadan gəlir. Ötən ay Rusiya siyasətçiləri və ekspertlərindən ibarət qrup Azərbaycana baş çəkdi və Lələtəpə hündürlüyündə anti-Ermənistan bəyanatları səsləndirdi. Onlar tezliklə ərazilərin Azərbaycana qaytarılmasını tələb etdilər. Ruslar ”Lavrov planı"nı nəzərdə tutur. İyulun 11-də isə Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü. Görüşlə bağlı ATƏT-in Minsk qrupunun bəyanatında ilk dəfə “substantiv danışıqlar” fikri daxil edilib. Bu, Azərbaycanın tələbidir və görünür, beynəlxalq platformada Azərbaycanın tələbləri qəbul edilir".

karabakh osce ile ilgili görsel sonucu

Erməni politoloq əmindir ki, rusiyalı ekspertlərin yaxınlaşan müharibədən bəhs etməsi kimi mesajlar da Ermənistanın ictimai rəyinə hesablanıb: “Yəni əgər yeni müharibə istəmirsinizsə, ”mərhələli həll variantına" razılaşın, əraziləri qaytarın. Bu, Rusiyanın istədiyi ssenaridir, lakin həmsədrlərin son bəyanatı Qərbin də bu ssenariyə razı olduğunu göstərir. Hazırda diplomatiya mühüm əhəmiyyət kəsb edir, hərçənd diplomatik korpusun beynəlxalq platformada Ermənistanın əleyhinə olan həll planına qarşı hər hansı fəaliyyət göstərdiyi görünmür".

*****

Ermənistanın diplomatik korpusunun necə fəaliyyət göstərməsindən asılı olmayaraq, bir şey dəqiqdir ki, bütün zamanlar üçün sülhün əsas alternativi müharibə sayılır. Qarabağ məsələsi də istisna deyil, olmayacaq. Başqa sözlə, atəşkəs rejimi uzandıqca əslində sülhün deyil, müharibənin şansı artır. Çünki atəşkəs qısa zamanda barış əldə etmək üçün vasitə sayılır, hədəf yox. Atəşkəs rejimi sonsuzadək uzana bilməz. Onun uzanması müharibənin yaxınlaşması deməkdir.

Əfsus ki, işğalçı tərəf ona - status-kvonun saxlanmasına hədəf kimi baxır, özünü yanlış şəkildə Qarabağ müharibəsinin qalibi kimi hiss edir, Ter-Petrosyanın “qanadlı ifadə”sini unudur: Azərbaycan və Ermənistan 20 il qabaqkı ölkələr deyil, fərqli göstəricilərə malikdir. İşğalçı ölkə geri, Azərbaycan isə xeyli qabağa gedib, düşmən üzərində əzici hərbi üstünlüyünü təmin edib.      

Nəhayət, Ermənistan sadə bir gerçəyi unudur ki, işğal altındakı əraziləri boşaltmağa başlamayınca, müharibə bitmiş sayılmayacaq. Qarabağda böyük sülhün əsas və dəyişməz şərti budur, bu da qalacaq... 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR