İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı tarixçinin erməni terrorizminə həsr olunan kitabı internet istifadəçilərinin ixtiyarına verilib

936 01.09.2016 02:09 Qarabağ xəbərləri A A
Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsovun “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabı sentyabrın 1-dən etibarən bütün internet istifadəçilərinə məhdudiyyətsiz istifadəsinə verilib.
 
Bu barədə APA-nın Moskva müxbirinə Oleq Kuznetsov özü məlumat verib.
 
O, sentyabrın 3-də Rusiyada terror qurbanlarının həmrəyliyi gününün qeyd olunduğunu bildirib: "Bu münasibətlə “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” monoqrafiyam sentyabrın 1-dən etibarən bütün internet istifadəçiləri üçün əlçatan olacaq. Oxucular bu kitabın elektron varinatını məhdudiyyətsiz olaraq BURADAN yükləyə bilərlər".
 
 Qeyd edək ki, “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazılıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR