İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan geri addım: “DQR”nin müstəqilliyi...”

3123 03.05.2016 23:40 Qarabağ xəbərləri A A
“Dağlıq Qarabağ Respublikasına” dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqilliyinin” tanınması demək deyil. 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu İrəvanda  Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan bildirib.
 
“Ermənistan hökumətinin gündəliyinə “DQR”-in tanınması haqqında qanun layihəsinin qəbul edilməsi məsələsi deyil, iki deputatın qanunverici təşəbbüsünə hökumət tərəfindən rəy verilməsi məsələsi daxil edilib”, - deyə nazir müavini qeyd edib.  
 
“Tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq”, - deyə Köçəryan qeyd edib. Onun sözlərinə görə,  Azərbaycan münaqişə zonasında hərbi əməliyyatlara başlayacağı təqdirdə  “DQR”-in tanınması məsələsi gündəmə daxil ediləcək.  
 
Qeyd edək ki, Azərbaycan XİN-i bundan əvvəl bəyanatında qeyd edib ki, Ermənistan “DQR”-i  tanımaqla danışıqlar prosesinə son qoymuş olacaq.
 
Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda  “DQR”-in  tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib. Bu təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR