İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" klubunun kollektivi London şəhərinə çatıb - Foto

784 12.12.2018 02:11 İdman A A

Azərbaycanın "Qarabağ" futbol komandası çarter reysi ilə Britaniyanın "Luton" hava limanına eniş edib.

"Report"un London müxbirinin xəbərinə görə, komandanı gətirən təyyarə Bakı vaxtı ilə 23:30-da adıçəkilən hava limanında dayanıb.

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda İngiltərənin "Arsenal" komandası ilə görüşəcək. Londondakı "Emirates" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00 da start götürəcək. Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-nə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandanın açıq məşqi isə 23:00-a təyin edilib.

Aytən Abbaslı

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR