İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ erməniləri üçün “Peşmanlıq qanunu” qəbul olunsun” – İsa Qəmbər

3659 26.03.2015 10:22 Son xəbər A A




Tanınmış politoloq Ərəstun Oruclu müzakirələrə səbəb olan bir mövqe sərgiləyib. Müsavat.com xəbər verir ki, politoloq özünün Facebook səhifəsində yazıb: “Azərbaycan tərəfə keçmiş erməni əsgər Andranik Qriqoryanla bağlı ölkə telekanalları ən savadsız təcrübə və ənənələrini ortaya qoydular. Əvvəla, Qriqoryanın telekanallarda əsir kimi təqdim edilməsi nə hüquqi, nə də təbliğat baxımından düzgün deyil. İkincisi, belə yanaşma bizim maraqlarımıza ziddir. Qriqoryan özü etiraf elədi ki, erməni silahlı qüvvələrində onun durumunda olan xeyli digər əsgərlər də var və belə olan halda onun görüntüləri altında "əsir" sözünü yazmaq heç bir məntiqlə izah edilən deyil. Bununla erməni təbliğatına rəvac verilir ki, Qriqoryanın qaçışını təkrar etmək istəyənləri bu hərəkətdən çəkindirmək üçün belə yanlışlıqlardan istifadə eləsin. Hüquqi baxımdan "əsir" statusu döyüş zamanı qarşı tərəfdən tərksilah edilərək diri götürülmüş və ya konkret hərbi situasiyada həyatını xilas etmək məqsədilə təslim olmuş hərbçiyə şamil edilə bilər, Qriqoryan isə növbə çəkdiyi postu atıb, ağ bayraq qaldırıb və könüllü olaraq Azərbaycan tərəfə keçib. Belə hərbçiyə rus hərbi hüququnda "перебежчик" və ya "дезертир" deyilir ki, bu da tamamilə fərqli hüquqi statusdur. Qısası, istənilən müharibənin çox önəmli taktiki tərəflərindən biri də informasiya müharibəsidir ki, bunu da aparmaq üçün heç olmazsa bir azca ağıllı olmaq adətən mane olmur”.

Onun bu mövqeyi Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin diqqətini cəlb edib. MSDM rəhbəri sərgilənən mövqeyi təqdir edərək, xüsusi təkliflə çıxış edib: “Məncə, könüllü surətdə bizim tərəfə keçənlər üçün, xüsusən Qarabağ erməniləri üçün "Peşmanlıq Qanunu" qəbul edilməli və geniş təbliğ olunmalıdır”. 

Musavat.com bildirir ki, İsa Qəmbərin haqqında söz açdığı “Peşmanlıq Yasası” Türkiyədə geniş tətbiq olunur və terrorçu PKK təşkilatının sıralarından könüllü olaraq qaçıb, dövlətə sığınanların himayəsini, cəzalarının, yaxud da cəzasızlıqlarının dərəcəsini müəyyənləşdirir. Məhz bu qanunun tətbiqindən sonra PKK sıralarından minlərlə gənc qaçaraq, dövlətə sığınma şansı əldə edib. 

Musavat.com



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR