İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ əməliyyatı üçün Afrin testi

3544 22.01.2018 11:08 Yazarlar A A

Türk ordusunun Suriyada həyata keçirdiyi uğurlu hərbi əməliyyatları izləmək qürurvericidir. Qardaş ölkə Afrin bölgəsindəki kürd silahlı birləşmələrinin (YPG) mövqelərinə nöqtəli zərbələr endirərək xeyli terrorçunu məhv edib. Hər terrorçunun məhvi onlarla dinc insanın xilası deməkdir, fərqi yoxdur, o günahsızlar türk, ərəb, ya kürd olsun.

Türkiyə genişmiqyaslı hərbi əməliyyat qərarı verməklə təkcə öz sərhədində təhlükəsizlik zolağı yaratmır, həm də qonşu ölkəni fəlakət mənbələrindən təmizləyir. Bütün bunlara görə Türkiyəyə minnətdar olmalı olan Qərb hələ də nala-mıxa vurur. Prezident Ərdoğan da bəyan etdi ki, Afrindən sonra Minbic əməliyyatı da var. “İlana zəhər verən kərtənkələlər” bu səhnədən olduqca pəjmürdə olublar.

Elə bir az əvvəl PKK və onun qolu olan PYD terrorçuları ilə görüşə hətta okeanın o tayından “qonaqlar”ın gəldiyi barədə xəbər yayılmışdı. Üstəlik, silah-sursat tədarükü görülmüşdü bu terror təşkilatları üçün. Ancaq nə qədər cəhd göstərsələr də, Türkiyənin qarşısını ala bilmədilər. Türk əsgəri cəmi iki günlük əməliyyat dövründə Suriya ərazisinə doğru xeyli irəliləyib. İnşallah, zəfər Türk əsgərinin olacaq...

Bu anlarda hər bir azərbaycanlı bənzər əməliyyatların Qarabağ torpaqlarında da keçirilməsini ürəkdən arzulayır. Əslində Afrin əməliyyatı Azərbaycan üçün bir sınaq testi oldu. Qardaş ölkə dünya güclərinin müqavimətini qırıb da, terrorun kökünü kəsmək istiqamətində iradəsinə uyğun addımı atdı. Özü də Suriyada - hansı ölkədə ki, İŞİD də var, PKK da, PYD də, üstəlik, ABŞ, Rusiya ordusu da, Avropa maraqları da.

Demək, Azərbaycan ordusu Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün hərbi əməliyyatlara başlasa, dünya gücləri ən uzağı 2-3 gün deyinib, çağırış edib susacaqlar. Təbii ki, Azərbaycan Türkiyə kimi nəhəng deyil. Amma Qarabağda ayrı-ayrı dövrlərdə keçirilən hərbi əməliyyatlar sübut edib ki, Azərbaycan hər cəhətdən Ermənistandan üstündür. 1992-ci ildə Ağdərə azad olunanda da, 1994-cü ildə Horadiz və ətraf ərazilər düşməndən təmizlənəndə də, nəhayət, 2016-cı ilin aprelində ordumuz cəmi 72 saata düşməni dizə çökdürəndə də fərq ortaya çıxıb.

Ermənistan ordusu Azərbaycanın qarşısında duruş gətirmək gücündə deyil, bu, hər kəsə bəllidir. Rusiya isə indiki böhranlı durumunda Ermənistanın tərəfində döyüşməyə həvəsli deyil. Üstəlik, Qarabağda Avfrindəki kimi, nə rus əsgəri var, nə amerikan.

İşğalçı ölkədə əksəriyyət bu düşüncədədir ki, Qarabağ onlara yalnız fəlakət gətirdi. Təkcə ona görə yox ki, Ermənistanda doğulanlar Qarabağda, Azərbaycan əsgərinin hədəfinə tuş gəldi və erməni xalqı növbəti tabutlarını qarşılamağa hazırlaşır. Həm də ona görə ki, “Qarabağ klanı” Ermənistan hakimiyyətini ələ keçirməklə erməni xalqının anasını ağlatdı.

Keçən həftə əsgər gedən erməni gəncin ailəsini göstərirdilər. Vay-şivən qopmuşdu. Erməni əsgər də körpə uşaq kimi ağlayırdı.

Çünki evinə qayıtması sual altındadır. Necə ki, cəmi bir həftə əvvəl İrəvandan Qarabağa əsgər göndərilən gənci koma vəziyyətində Ermənistana qaytarıldı. Erməni saytlarında hər gün əsgər fəlakəti barədə xəbər tirajlanır. Elə bu gün xəbər verilmişdi ki, Qarabağda mina partlaması nəticəsində yeganə sağ qalan əsgər gözündən və qulağından əməliyyat olunacaq.

Əfsus ki, Azərbaycan da itkilər verir, ağrılıdır. Son bir həftədə iki şəhid vermişik. Ancaq Qarabağda girov saxlanılan erməni əsgər və zabitindən fərqli olaraq, Azərbaycan hərbçisi şəhidlik zirvəsinə ucalmağı özünə şərəf sayır. Keçən həftə şəhid olan əsgər qardaşımız İbrahim Mənəfovun Facebook-da “Allah bizi şəhidliyə layiq bilsin” yazmışdı. Qarabağdakı erməni əsgərlərində belə ruh yoxdur, onlar yad torpaqda gəbərəcəklərini anlaylırlar. Deməli, bütün parametrlər üzrə biz düşməndən üstün mövqedəyik, yetər ki, hərb qərarı verilsin...

Ermənistan tərəf həyasızcasına Azərbaycan ordusunun pilotsuz uçuş aparatları ilə Qarabağdakı erməni mövqelərinə zərbələr endirdiyini iddia ediblər. Bu, İŞİD-in BMT-yə şikayət etməsinə bənzər haldır. Gəl torpağımı işğal et, sonra da “qoymayın, məni vururlar” şivəni qopar. Azərbaycan tərəfinin bu iddianı təkzib etməsinə əslində ehtiyac yox idi. Azərbaycan düşmənin bu iddiasını reallaşdırmalıdır. İki gün əvvəl Qazaxın kəndlərini atəşə tutmalarının əvəzində düşmənin başına od yağdırmaq gərəkdir. Afrin əməliyyatındakı kimi...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR