İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yoxlama”nın rüşvətlə suçlanan aparıcısı: “Kimdənsə pul almışıqsa...” - QALMAQAL

1436 10.01.2017 16:28 Qalmaqal A A
Teleaparıcı Azər İsmayılov ATV-də yayımlanan “Yoxlama” verilişinin Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə çəkiliş etdiyi zaman yaşanan qalmaqaldan danışıb. 

Musavat.com saytına açıqlama verən teleaparıcı bildirib ki, çəkiliş heyəti o məktəbə çoxsaylı şikayətlər əsasında gedib: “Məsələ ilə bağlı ATV-dən rəsmi açıqlama verildi. Ölkədə qayda-qanun var. Biz özbaşına heç yerə getmirik. Hadisəyə fikir bildirməyimi istəyiblər, susmuşam. Çünki susmaq qızıldır. Haqsız olsaydım, çıxıb özümü müdafiə edərdim. Sözügedən məktəbdə antisanitariya var idi, biz də çəkdik. Deyirlər ki, oraya 12 nəfərlə getmişik. Yalandır. 3 operator, bir mən, bir də mühafizəçi olub. Mühafizəçini dava-dalaş üçün aparmırıq. O, bizim öz təhlükəsizliyimizi qorumaq üçün yanımızdadır. 3 məktəbdə olduq, hamısında vəziyyət eyni idi. Biz o məkanlara şikayət əsasında getmişik. 171 nömrəli məktəbdə dərs zamanı idi, amma məktəbi səs-küy bürümüşdü. Bizə dedilər ki, tənəffüsdür. Amma otağın şüşəsi qırıq qapısından baxıb gördüm ki, əslində dərsdir. Deyirlər ki, mən məktəbliyə əl qaldırmışam. Şamaxıda bizə hücum olanda mən heç kimə əl qaldırmadım. Əgər orada sakit qala bilmişəmsə, uşağa necə əl qaldıra bilərəm? Bütün bunlar layihəni ləkələmək üçündür. Bundan sonra da məktəblərə yoxlamaya gedəcəyik. Nəinki məktəblər, digər ictimai məkanlarda da yoxlama aparacağıq. Bağçalara, universitetlərə, iaşə məkanları, otellərdə də çəkiliş edəcəyik. Biz başlayanda  restoranların çoxunda tarakan vardı. Biz onları göstərəndən 1 ay sonra Bakıdakı heç bir məkanda tarakan aşkarlanmadı. Bunun nəyi pisdir ki? Biz də xalq üçün çalışırıq. Biz iaşə məkanlarına deyirik ki, işinizi yaxşı görün ki, sizi çəkəndə anti-reklamınız deyil, reklamınız olsun”.

A.İsmayılov onu reketlikdə, restoranlardan pul almaqda ittiham edənlərə də cavab verib: “Azərbaycanda kimdənsə pul almışıqsa, ortaya çıxsın, mətbuatda açıqlamalar versin. Düzdür, bizim adımızdan istifadə edənlər olub. Kimisi gedib adımızdan pul alıb, kimisi deyib çəkilişə gələcəyik pul verin. Bu haqda dəfələrlə efirdə demişəm. Bildirmişəm ki, məni görməsəniz, gələnlərə inanmayın, hüquq-mühafizə orqanlarına müraciət edin. Biz təmənnasız gedib çəkiliş edirik. Elə adamlar var ki, bizə reklam şərtləri ilə çəkiliş təklif edir. Və ya kiminsə kiminləsə prinsipi var, bizi ora yönləndirmək istəyir. Bu cür halların qarşısını almaq üçün əvvəlcədən də o məkanı araşdırırıq. Bizə sosial şəbəkələr vasitəsilə çoxsaylı şikayətlər gəlir. Hazırda məkan sahiblərinin çoxu bir-birini tanıyır. Biz kimdənsə pul alsaq, o biri də məlumatlı olar. Bizim layihəyə xələl gətirmək istəyənlər iaşə məkanında problem olanlardır. Heç kim ideal deyil. Mən də, layihəm də ideal olmağa məcbur deyil. Bir nəfər sevir, biri nifrət edir. Həyatda bu cür hallar normaldır. Bu axşam proqram yayımlanacaq, o zaman hər şey daha da aydın olacaq”. 

Könül İbrahim,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR