İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanım deputatlar saçyolduya çıxdılar - VİDEO, FOTOLAR

2907 20.01.2017 16:28 Qalmaqal A A
Türkiyə Böyük Millət Məclisində (TBMM) konstitusiya dəyişikliklərinə səsvermə zamanı xanım deputatlar arasında dava düşüb.

Azvision.az xəbər verir ki, davaya Ankaradan seçilmiş bitərəf deputat Aylin Nazlıakanın özünü tribunaya qandallaması səbəb olub.

Millət vəkillərinin çağırışlarına baxmayaraq, xanım deputat kürsüdən enməyib. Vəziyyətin gərginləşdiyini görən vitse-spiker Bahçekapılı əvvəlcə iclasa 10 dəqiqə, daha sonra isə 45 dəqiqə ara verib. Amma Nazlıaka konstitusiya dəyişikliyinə etirazını davam etdirib.

Xanım deputata HDP və CHP partiyalarını təmsil edən bir neçə millət vəkilindən dəstək gəlib. AKP-li vəkillər isə Nazlıakanı kürsüdən enməyə çağırıblar.

Deputatlar Aylin Nazlıakanı kürsüdən etdirmək istəyəndə, o qışqırmağa başlayıb.

Uzun müddət davam edən mübahisə dava ilə nəticələnib. Millət vəkilləri bir-birilərinin saçını yolublar. Dava zamanı iki xanım deputat xəsarət alıb.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR