İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfiri öldürən polisin sui-qəsd planı ilə bağlı yeni təfərrüatlar - 11 dəfə atəş açıb və...

5645 20.12.2016 14:25 Qalmaqal A A



Ankaradakı sui-qəsd olayında yeni detallar ortaya çıxıb. 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən Çevik Qüvvət polisi Mövlud Mərd Altıntaşla bağlı bu gün üzə çıxan bəzi detallar əks-səda doğurub. Altıntaşın səfirə 11 dəfə atəş açdığı müəyyənləşib. 

Sui-qəsdçi hadisə günü həkimdən arayış alaraq işə də getməyib. Altıntaş sui-qəsdi həyata keçirdiyi Çağdaş Sənətlər Mərkəzinin arxasında yerləşən bir otelə yerləşib və otel otağında sui-qəsd planı hazırlayıb. Altintaş axşam saatlarında qaldığı oteldə üzünü təraş edib, dəst kostyum geyinib, qalstuk taxıb və piyada Çağdaş Sənətlər Mərkəzinə gedib. 

Ədliyyə Tibb Qurumunun ilkin təsbitinə görə, hücumçu səfirə 11 dəfə atəş açıb. Səfir Karlovun bədəninə isə həmin güllələrdən 9-u dəyib. Hadisə yerindəki görüntülərə görə, daha 2 güllənin Karlova dəyib, bədənindən çıxması versiyası araşdırılır.  

Hadisədən 45 dəqiqə sonra zərərsizləşdirilən Mövlud Mərd Altıntaşın sui-qəsd olayında istifadə etdiyi silahın NATO standartlarında, 9x19 kalibr gücündə olduğu, güllə mağazinin 5+1, 18+1, 20+1 kimi dəyişən “Canik” markalı tapança olduğu müəyyənləşib. 

Rus büyükelçisine suikastta 11 kurşun
Atəş açılandan dərhal sonra sərgidəki qonaqların bir qrupu bu halda olub...



Sevinc, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR