İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN rəsmisi bloggerin iddialarını yalanladı: “Video var”

8768 11.01.2017 17:36 Qalmaqal A A



Xəbər verdiyimiz kimi, blogger Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinib 200 manat cərimə olunub. Eyni zamanda, məhkəmə qərar verib ki, Mehman Hüseynova işgəncə verilməsi şikayəti ilə bağlı Nəsimi rayon prokurorluğu araşdırma aparsın.

Məhkəmədən çıxandan sonra Mehman Hüseynov binanın qarşısında jurnalistlərə və onu gözləyənlərə açıqlama verib. Blogger yaşadıqlarını göz yaşları içində danışıb. O, iddia edib ki, yanvarın 9-da, onu saxlayarkən və daha sonra Nəsimi rayon polis idarəsində ona işgəncələr veriblər. 

Mehman Hüseynov deyib ki, bünüt bunlara baxmayaraq “mən sınmamışam!”. Blogger iddia edib ki, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına gətiriblər. Orada saatlarla verilən işgəncələrə görə ürəyi gedib: “Mən özümdən getmişəm. Bir də hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər”.

blogger mehman ile ilgili görsel sonucu

M. Hüseynov deyib ki, məhkəməyə gətirilərkən yeməyini paylaşdığı polislər onun üzünə durublar. Bu gün o, özünün feys statusunda həmin səhnəni belə təsvir edib: “...Polis saxta ifadəni verə  -verə çox utanırdı, mənim üzümə baxa bilmirdi. Ona baxıb gözümün önünə ölkədəki acınacaqlı durum gəlmişdi. Görün bu sistem insanları 5-10 manat pul qazanmaq üçün hansı yollara əl atmağa məcbur edir. O polis bir neçə dəqiqə əvvəl mənə demişdi ki, ay Mehman, biz bilmirik axşam uşağımıza pampersi necə, hansı pul ilə alacağıq. Vaxt keçir, o polis üzümə durur. Üzümə durur ki, o aylıq aldığı 500 manat maaş ona çatsın, ailəsini dolandırsın. Mən onun üzünə dedim ki, sənin yerində olsaydım, mənə 1 tikə çörək verən adamın məcbur da olsa heç vaxt üzünə durmazdım. İşdən çıxardım, amma bu vicdansızlığa əl atmazdım. Polis bu sözlərdən sonra özü də ağladı, məhkəmədə bunu hamı gördü, axırda isə mənə “başa düş 500 manata görə mən məcbur oldum bunu edim” deyib, utanaraq məhkəmədən çıxdı.....Bax mən o səhnəni canlı görə -  görə dözmədim”. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə “Yeni Müsavat”a açıqlamasında M.Hüseynovun dediklərini şər-böhtan adlandırdı. Müsahibimiz dedi ki, sözügedən hadisəni araşdırıblar: “Bəli, biz hadisəni araşdırdıq. Hazırda polis orqanlarında nəinki Mehman Hüseynova, heç kəsə nə təzyiq göstərilir, nə döyülür, nə də iynə vurulur. Onun dediyi ittiham yox, şər-böhtandır. Bütün saxlanılan şəxslərin dindirilməsi kamera nəzarəti ilə keçirilir. Yəni, ortada onun yalan danışdığını sübut edən dəlillər var”.

P. S. Mövzunun geniş variantı “Yeni Müsavat” qəzetinin sabahkı sayında dərc olunacaq.  


Musavat.com  


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR