İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Paşa Nemət həmkarlarını yenə təhqir etdi: “Teatr işçiləri... ” - Səs yazısı

2350 06.12.2016 19:32 Qalmaqal A A
Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemət teatr işçilərini yenidən təhqir edib. 

Musavat.com bildirir ki, xalq artistinin yeni təhqiri ilə bağlı internet resurslarında  qalmaqallı səs yazısı yayılıb. 

Həmin səs yazısında Azər Paşa Nemət teatr əməkdaşlarından biri ilə söhbətində teatr işçilərinin simvolik olaraq, hələ Qazaxdan çıxmadığını, özünün isə Nyu-Yorkda olduğunu deyib: “Səməd Vurğun Osman Sarıvəllinin dostu olub. Onlar Qazax rayonunda, eyni kənddə yaşayıb, bir məktəbdə oxuyublar, sonra gəlib burada universitetə giriblər. Universiteti bitiriblər, ikisi də şair olublar. Bir gün Səmədin yaxşı kefi olan vaxtı deyib ki, “Qağa, Osman, yadındadır, səninlə filan vaxtı Qazaxdan çıxıb gəldik Bakıya?” O da deyir ki, “Hə, Səməd, elə yadımdadır ki, o günlər, o anlar... Amma sənə deyim, mən Bakıya çatdım, amma sən hələ də Qazaxdan çıxmayıbsan”. Bunlar hələ Qazaxdan çıxmayıb, bu teatr işçiləri... Mən çoxdan Nyu-Yorkdayam, çıxmışam burdan”.

Məsələ ilə bağlı Azər Paşa Nemətin mövqeyini öyrənməyə çalışsaq da, xalq artisti telefon zənglərimizi cavabsız qoydu.  Akademik Milli Dram Teatrın mətbuat xidmətindən isə bildirildi ki, məsələ ilə bağlı açıqlama verilməyəcək. 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl də xalq artisti Azər Paşa Nemətin qalmaqallı səs yazısı yayılmışdı. Həmin səs yazısında xalq artisti teatrı “taxtabiti yuvası” adlandırmışdı.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR