İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qalatasaray” İdarə Heyətinin növbədənkənar iclası keçiriləcək

647 18.12.2017 21:21 İdman A A

“Qalatasaray”ın baş məşqçisi İqor Tudorun istefaya göndərilməsindən sonra klub rəhbərliyində anlaşmazlıq yaranıb.

Musavat.com-un “Apasport”a istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssisi kimin əvəzləyəcəyi ilə bağlı müzakirələr zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

Bunun nəticəsində klubun idarə heyəti növbədənkənar iclas çağırmağa qərar verib.

İclasda klub prezidentliyinə erkən seçimlər də olacaq. Toplantı növbəti ilin yanvar ayının 13-də keçiriləcək. Əgər seçkilərin ilk turunda böyük üstünlük əldə olunmasa, ikinci tur yanvarın 20-də baş tutacaq.

Qeyd edək ki, “Qalatasaray” İqor Tudorun rəhbərliyi altında meydana çıxdığı 14 oyunda 8 qələbə, 1 bərabərlik və 5 məğlubiyyət alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR