İnsanlara hürriyət, millətlərə istiqlal!

Qabriel Qarsiya Markesin qohumu girovluqdan xilas edilib

418 17.12.2018 23:33 Dünya A A

Kolumbiyada yazıçı Qabriel Qarsiya Markesin qohumu girovluqdan azad edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Kolumbiya prezidenti İvan Duke deyib.

"Kolumbiya silahlı qüvvələri və polisinin Maqdalena departamentində həyata keçirdiyi qüsursuz əməliyyat nəticəsində Melisa Martines Qarsiyanı xilas etmək mümkün olub", - deyə Duke bildirib.

O qeyd edib ki, yazıçının qardaşı qızı bu ilin avqustunda oğurlanıb. Onu kimin və nə üçün oğurladığı məlum deyil. Duke oğruları "quldur dəstəsi" adlandırıb və hüquq-mühafizə orqanlarına gördükləri işə görə təşəkkürünü bildirib.

Qarsiya Markes 2014-cü ilin aprelində Mexiko şəhərində vəfat edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR