İnsanlara hürriyət, millətlərə istiqlal!

Qabil Hüseynli: “Kəmfürsət Tramp “soyqırımı” tanıya bilər”

1585 23.04.2018 09:20 Siyasət A A

102 konqresmen “soyqırımı”nı tanımaq üçün Trampa müraciət etdi - Azərbaycandan reaksiyalar

ABŞ Konqresinin 102 üzvü prezident Donald Trampa müraciət edib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, konqresmenlər ABŞ prezidentini qondarma “erməni soyqırımı”nı tanımağa çağırıblar.

Amerika Erməniləri Milli Komitəsinin məlumatına görə, məktubu Konqresin erməni məsələləri üzrə komitəsinin həmsədrləri Frenk Pallone, Djek Spier, Devid Trot, Devid Valdado, həmçinin Adam Şiff və Qus Bilirakis kimi ermənipərəstlər də imzalayıb. Beləliklə, erməni lobbisi hər il 24 aprel ərəfəsində olduğu kimi, bu il də ABŞ prezidentinə saxta “soyqırmı”nı tanımaq üçün xitab ediblər.

Bu müraciət qardaş Türkiyədə ciddi narahatlıqla qarşılanıb. Prezident olduğu müddətdə sürpriz qərarları ilə daim gündəmdə olan Trampın ölkəsinin Türkiyə ilə gərginliyinin fonunda belə bir qərar verə biləcəyi ehtimalı müzakirə predmetidir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli bu müraciətdən çox ehtiyatlandığını söylədi: “Qorxulu, ermənilərin yolunu aça biləcək bir mühit formalaşmaqdadır. Təəssüflər olsun ki, türk qardaşlarımızın siyasətdə yürütdüyü bəzi nöqsanlar da burada yardımçı olmaqdadır. Amerika Türkiyə üçün hər cür sürprizləri etməyə hazırmış kimi görünür. Çünki bir-birinin ardınca səsləndirilən bəyanatlar həqiqətən də Türkiyəyə qarşı demarşa hazır olan bir dəstənin olmasından xəbər verir. Trampın özü isə ümumiyyətlə, müsəlman dünyasına qarşı çox qəzəbli olan bir insan kimi özünü tanıdıb. Sayca çox konqresmenin Trampa müraciət etməsi tamamilə başqa bir taktikadan xəbər verir. İndiyə qədər konqresmenlər hər hansı bir təklifi qanun layihəsi şəklində hazırlayıb Konqres rəhbərinə təqdim edirdilərsə, indi birbaşa prezidentə müraciət etmələri, zənnimcə, qurulmuş oyuna oxşayır. Sanki əvvəlcədən proseslərin gedişi müzakirə edilib, razılaşdırılıb. Prezidentin də proseslərə qatılması bu müraciətin Konqres və Senatdan asan keçirməyə xidmət etdiyini göstərir. İndiyə qədər Amerika bu məsələyə münasibətdə ehtiyatlı yanaşır, hətta bəzi məqamlarda ədalətli mövqe sərgiləmişdi. Çünki hamıya bəllidir ki, baş verən hadisələr soyqırım deyil.

Orada ölənlərin sayını 1.5 milyona qaldırmaqla az qala belə bir soyqırım olduğu görüntüsünü yaratmağa nail olublar. Bu məsələ Amerikada da gündəmi zəbt etsə, daha da populyarlaşacaq. İkinci dünya müharibəsinə qədər ermənilər bu hadisə haqqında demək olar danışmırdılar. Bu müharibədən sonra polşalı yəhudi öz soyqırımları barədə bu kəlməni məşhurlaşdıqdan sonra sanki ermənilər dərin bir yuxudan oyandılar. Bu termini ermənilər yəhudilərdən mənimsəyərək, bütün dünyaya yaymağa müvəffəq oldular. Amma bir fakt qalır ki, ruslarla birləşib türklərə arxadan zərbə vuran ermənilərin bu köç hadisəsi qətiyyən soyqırım deyil. Bu hadisələrə ilk hüquqi qiymət Osmanlı imperiyası verib. O zaman bunu heç türklərdən tələb edən də yox idi. Tramp kəmfürsətdir. Onun əlinə hazırda bir fürsət düşüb. Bu baxımdan qorxulu hadisələrin cərəyan etdiyini düşünürəm. Kəmfürsət Tramp bu məsələdən istifadə etməyə çalışacaq. Bundan çox narahatam. Çünki bu, bizim ortaq məsələmizdir, ermənilərə qarşı mübarizəmizin tərkib hissəsidir. Əgər ermənilər bu məsələni Amerikada qanunvericilik məclisindən keçirsələr, bir çox məsələlərdə bir addım irəli düşmüş olacaqlar”.

Əhəd Məmmədli ile ilgili görsel sonucu

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, 102 konqresmenin prezidentə müraciəti çox ciddi məsələdir: “İnanmıram ki, Tramp qondarma ”erməni soyqırımı"nı tanıyar. Bu müraciət əsasən Türkiyəyə bir hədə, qorxu mesajıdır, şantaj da demək olar. Amma artıq Türkiyə şantaj edilən ölkələrdən deyil. ABŞ qondarma soyqırımı tanısa, birdəfəlik Türkiyəni itirə bilər. Bununla da Türkiyəyə təsir rıçaqlarını itirər. Fikrimcə, ABŞ buna getməz. Sadəcə, erməni kartından da Türkiyəyə qarşı istifadə edirlər. Bu Amerikanın ənənəvi siyasətidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR