İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Təhlükəsizlik Şurasında nələri müzakirə etdi?

1174 23.03.2018 02:05 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Londonun Moskvaya qarşı həyata keçirdiyi təxribatlardan və düşmənçilik siyasətindən danışıb.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Kreml sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, görüşdə Skripalla yanaşı, beynəlxalq böhranlar da müzakirə edilib:

“Görüş zamanı Şərqi Qutadakı vətəndaşların təxliyəsi və Suriya ilə bağlı məsələlərə toxunulub. Bununla yanaşı, Putin beynəlxalq təşkilatlarla və xarici prezidentlərlə görüş zamanı danışdığı məsələlərdən də bəhs edib. Görüşdə daxili sosial və iqtisadi məsələlərə də toxunulub”.

Qeyd edək ki Britaniya Skripal olayına görə Britaniyadan 23 rus diplomatın deportasiya qərarını verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR