İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamaxının millət vəkili birinci sinfə gedən məktəblilərə hədiyyə verdi

1400 19.09.2016 14:41 Proje A A


Şamaxının millət vəkili Elxan Sülemanovun adından rayonun K.Nəbiyev adına Məlhəm kənd orta məktəbinin birinci sinif şagirdlərinə hədiyyə dəstləri təqdim olunub.

Hədiyyələri təqdim edən millət vəkilinin Şamaxı rayonundakı səlahiyyətli nümayəndəsi Dəyanət Musayev birinciləri, eləcə də məktəbin müəllim kollektivini E.Süleymanovun adından yeni dərs ili münasibəti ilə təbrik edib. Məktəbin direktoru Rəfiqə Ağayeva təhsil problemlərinə həmişə həssaslıqla yanaşan millət vəkili Elxan Süleymanova öz minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Elxan Süleymanov Azərbaycanın müstəqillik qazandığı ilk illərindən şagirdlərin, tələbələrin təhsil məsələlərinə xüsusi diqqət yetirir. Onun şagirdləri mükafatlandırması, təhsilə həvəsləndirməsi bir ənənə halını alıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR