İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ən ucuz qiymətlərin olduğu “Xurma” restoranı - VİDEO

53890 21.06.2016 15:48 Proje A A
Burada siz həm ailəniz və ya dostlarınızla ən gözəl istirahət edə, həm də ad günü, nişan, hətta rəsmi tədbir belə keçirə bilərsiniz. 

Bakının Ceyhun Hacıbəyli 28b (“Dədə Qorqud” parkının yaxınlığı) ünvanında yerləşən “Xurma” restoranı yüksək səviyyəli xidməti, hər kəsin cibinə uyğun qiymətləri ilə müştərilərin üzünə açıqdır. 


Restoran iki hissədən ibarətdir. Birinci hissədə 4 ədəd 6 nəfər üçün nəzərdə tutulan VİP otaqlar və 3 ədəd isə 10 nəfər üçün nəzərdə tutulan böyük otaqlar yerləşir. Bu otaqların hər birində müştərilərin istirahəti üçün, demək olar ki, hər şey nəzərdə tutulub.  Otaqlarda monitorlar da quraşdırılıb. 

“Xurma” restoranın 50 nəfərlik böyük zalı isə, yuxarıda da qeyd etdiyimiz kimi, nişan, ad günü və digər bu kimi tədbirlər üçün nəzərdə tutulub. Böyük zalda keçirilən tədbirlərin qiyməti, müştəri ilə restoran arasında razılaşma əsasında müəyyən edilir. Ümumi qiymətlərə gəlincə isə bu, göstərilən xidmətin qarşılığında demək olar ki, çox ucuzdur.



Qiymətlər:

“Xurma” restoranında Azərbaycan mətbəxinə aid olan hər cür yeməyə, içkiyə və desertə  rast gəlmək olur. Burada səhər yeməyi  çox sərfəlidir. Belə ki, restoranda səhər yeməyi 0.7 AZN-dən başlayan qiymətlərlə verilir. “Xurma” restoranında qəlyanaltıların qiyməti  1 AZN, isti qəlyanaltılar isə 0.5 AZN-dən başlayan qiymətlərlə verilir.  

Restoranda salatların isə qiyməti 2 AZN-dən başlayır. İsti yeməklərə gəlincə isə “Xurma” restoranı demək olar ki, qiymətlərin ucuzluğuna görə hər kəs üçün çox sərfəlidir. Restoranda ət yeməkləri 7 AZN, ikinci yeməklər isə 2 AZN-dən  başlayan qiymətlərlə verilir. Restoranda kababların isə qiyməti 1 AZN-dən başlayır. Balıqlar 7 AZN-dən başlayan qiymətlə verilir. Xəmir yeməklərinin qiymətləri isə 3 AZN-dən başlayır. Sac yeməkləri 7 AZN-dən başlayan qiymətlərlə verilir. 

İçki və desertlər:

İsti içkilər- 3 AZN-dən başlayan qiymətlərlə
Sərinləşdirici istilər- 2 AZN-dən başlayan qiymətlərlə
Yeni sıxılmış şirə- 5AZN-dən başlayan qiymətlərlə
Çaxırlar- 9 AZN-dən başlayan qiymətlərlə
Viskilər-30 AZN-dən başlayan qiymətlərlə
Tekila- 33 AZN-dən başlayan qiymətlərlə
Şampanlar -7 AZN-dən başlayan qiymətlərlə
Konyaklar- 55 AZN-dən başlayan qiymətlərlə (0.5 lt)
Pivələr- 4 AZN-dən başlayan qiymətlərlə
Martini- 22 AZN-dən başlayan qiymətlərlə
Dondurma- 3 AZN-dən başlayan qiymətlərlə
Ləb-ləbi 15 AZN-dən başlayan qiymətlərlə
Meyvə 5-7 AZN-dən başlayan qiymətlərlə

Qəlyan- 20 AZN-dən başlayan qiymətlərlə

Bundan əlavə, restoran sifariş əsasında “Yessentuki”  sularının da satışı ilə məşğuldur.  Bu suları sifariş vermək üçün 055-253-66-36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

“Xurma” restoranı ilə əlaqə vasitələri
Ünvan: Ceyhun Hacıbəyli 28b (“Dədə Qorqud” parkının yaxınlığı)
Telefon:   (+99412 441 29 41)
               (+99450 773 99 41)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR