İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azercell”dən uşaqlara təhlükəsiz internet vədi - yeni LAYİHƏ, FOTOLAR

1318 01.06.2016 15:43 Proje A A

İyunun 1-də “Azercell Telekom” MMC paytaxtda, “Park İnn” hotelində Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirib. 

Musavat.com xəbər verir ki, həmçinin “Azercell” “Kaspersky” şirkəti ilə birlikdə yeni təhlükəsizlik məhsullarının təqdimatını da təşkil edib. Təqdimatdan sonra uşaqlar üçün “Pantomima” teatrının hazırladığı tamaşa göstərilib.

“Azercell” şirkətinin Korporativ ünsiyyət bölümünün rəhbəri Nigar Şıxlinskaya bildirib ki, “Azercell” internetdə uşaqların müdafiəsinə xüsusi önəm verir və bu səbəbdən də internet təhlükəsizliyi sahəsində “Kaspersky Lab” şirkəti ilə əməkdaşlığa başlayıb: “Azercell”in təqdim etdiyi üç yeni xidmət istənilən yaşda olan istifadəçiyə özünü internetdə daha təhlükəsiz hiss etməyə imkan yaradacaq. Uşaqlar gələcəyimizdir və onların sağlam böyüməsi cəmiyyətin gələcək inkişafının əsasını təşkil edir”.

“Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev isə qeyd edib ki, uşaqların daim qayğıya və diqqətə ehtiyacı var. Bu günün tarixindən danışan V.Mürsəliyev, “Azercell”in uşaqların informasiya təhlükəsizliyi sahəsinə olan diqqətindən də söz açıb. 

O, həmçinin kiber-təhlükəsizlik sahəsinin liderlərindən olan “Kaspersky Lab” şirkətinə əməkdaşlığa görə təşəkkür edib. Onun sözlərinə görə, “Azercell” üzərindən əldə ediləcək məhsullar nəinki uşaqların, hətta böyüklərin də internetdən təhlükəsiz istifadəsini təmin edəcək. 

“Azercell”in yeni texnologiyalar, layihə və partnyorluq idarəetmə şöbəsinin rəhbəri Cəmaləddin Həsənov isə mediaya “Azercell” ilə internet təhlükəsizdir”, - layihəsi haqqında məlumat verib. O, bildirib ki, hazırkı layihə çərçivəsində təhlükəsizliyə yönələn üç yeni məhsul təqdim olunub.

“Universal müdafiə” xidməti istənilən cihazın müdafiəsini təmin edir. İstifadəçilər özlərinin, uşaqlarının, bütün bankçılıq əməliyyatlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilərlər. Yeni xidmət fayl, proqram, veb səhifələri müdafiə edir, şəxsi məlumatların oğurlanmasına mane olur, istifadəçinin kompüterinin kamerası vasitəsi ilə gizli güdülməkdən qoruyur. 

İkinci məhsul isə “Android üçün müdafiə” xidmətidir və Android üzərindən işləyən istənilən cihazın müdafiəsini təmin edir. 

Üçüncü məhsul isə “Valideyn nəzarəti” adlanır. O populyar olan əksər əməliyyat sistemləri ilə işləyən “Kaspersky Safe Kids” proqramı vasitəsilə istifadə olunur. Məhsul istifadəçilərin arzulanmayan veb səhifələrə girişini məhdudlaşdırır, uşaqların istifadə etdiyi proqramlara və sərf etdiyi vaxta nəzarət edir.

“Kaspersky Lab” şirkətinin Azərbaycan üzrə regional nümayəndəsi Müşfiq Məmmədov isə isə qeyd edib ki, indi “Azercell”in geniş müştəri bazası kiber-təhdidlərə qarşı etibarlı qorunmaq üçün sürətli və asan həllər əldə edəcək. “Ümidli Gələcək” Gənclər Təşkilatının meneceri Ruhanə Əhmədova da uşaqların internetdən istifadəsinin təhlükəsizliyinə nəzarətin vacib olduğunu vurğulayıb. 

Tədbirin uşaqlar üçün nəzərdə tutulmuş hissəsində isə “Pantonima” Teatrının “Fəlakət və insan” tamaşası da təqdim olunub. Tamaşa təbii fəlakətlər, zəlzələ, daşqın zamanı uçaqların edəcəyi təhlükəsizlik qaydalarından bəhs edib.

Röya RƏFİYEVA,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR