İnsanlara hürriyət, millətlərə istiqlal!

AVCIYA Qarabağa dair petisiyadan yazan jurnalistləri mükafatlandırdı

1861 21.07.2016 14:41 Proje A A

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıblar.

Müsabiqənin yekunlarına həsr edilmiş mərasim 1905.az portalının redaksiyasında keçirildi.
Tədbiri giriş sözü ilə portalın direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev açdı. Media mənsublarını Milli Mətbuat Günü münasibətilə təbrik edən natiq sözü AVCİYA-nın vitse-prezidenti Elçin Salmanova verdi. E.Salmanov AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun müəllifliyi ilə Ağ Ev administrasiyasına ünvanlanmış petisiyanın uğurlarından danışdı, petisiyaya 330 000 nəfərdən çox insanın səs verdiyini bir daha xatırlatdı.

Daha sonra Qarabağa dair petisiyadan yazan jurnalistlər mükafatlandırıldılar. 

2 nominasiyada (“Qəzet, jurnal və elektron saytlarda çap olunmuş məqalələr, müsahibələr” və “Televiziya və radioda getmiş veriliş, süjet və ya reportajlar”) müsabiqəyə 6 aprel 2016-cı ildən 31 may 2016-cı il tarixədək dərc olunmuş, nümayiş etdirilmiş və ya səsləndirilmiş məqalə, müsahibə, süjet, reportajlar təqdim olunub. 

Leyla Məhərrəmova Azadinform.az saytında dərc edilmiş “Ağ evə ünvanlanan petisiya nə vəd edir?” yazısına görə I yerə, Elşad Məmmədli “Yeni Müsavat” qəzetindəki sislilə yazılarına görə II yerə layiq görülüblər. III yerə 2 nəfər “Publika.az saytında dərc edilmiş “Qarabağla bağlı petisiyanın nail olduğu hədəflər- TƏHLİL” yazısına görə Asif Nərimanlı, vətəninfo.az saytında dərc edilmiş “Siyasi fəaliyyətlərin ümidsiz olduğu nöqtədə başlayır müharibə” yazısına görə Rəsmiyyə Rzalı-Qarayeva layiq görülüb.

Ələsgər Vəliyev İTV-nin “Həftənin yekunu” proqramında yayımlanmış süjetinə görə I yeri tutub. Ülviyyə Zülfüqar “ATV xəbər” və “Həftə sonu” proqramlarında yayımlanmış süjetlərinə görə II yerə layiq görülüb. III yeri  Lider kanalından Günel Səfərli və Region TV-dən Leyla Abbasova bölüşüblər.

Bundan başqa, “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi ilə bağlı media mənsubları üçün keçirilmiş müsabiqədə iştirakına görə Əli  Zülfüqaroğlu (“Baymedia” İnformasiya Agentliyi), Fuad Hüseynzadə (“Palitra” qəzeti),  Bəturə Nəbiyeva (SPACE), Fəridə Aşralova (CBC) xüsusi diploma layiq görüldülər.

AVCİYA-nın fəaliyyətinin işıqlandırılmasında əvəzsiz yardımına görə APA-ya xüsusi diplom verildi.





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR