İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident kimin tərəfindədir?

2886 23.04.2018 00:56 Gündəm A A

Politoloq Elxan Şahinoğlu son günlər Ermənistanda baş verən hadisələrə münasibət bildirib. E.Şahinoğlu bu barədə facebook sosial şəbəkəsində status yazıb. 

 

Musavat.com mövzunun aktuallığını nəzərə alaraq, həmin statusu təqdim edir:

 

***

 

"Ermənistanda iqtidar-müxalifət qovğasında ən çətin duruma düşənlərdən biri də prezident Armen Sərkisyandır. Bəli, onu indiki baş nazir Serj Sərkisyan Londondan dartıb gətirib və Ermənistan parlamentində prezident seçdirib. Normal durumda Armen Sərkisyan Serj Sərkisyandan asılı olmalı idi. Ancaq indi Ermənistanda durum fərqlidir və onu vəzifəyə gətirənin müxalifət üzərində qələbə çalıb-çalmayacağı bilinmir. Ən pis halda Serj Sərkisyan birinci dəfəki prezident seçkisində olduğu kimi polisə “atəş açın” əmri versə və 10 il əvvəlki kimi onlarla insan qətlə yetirilsə bu indiki prezident Armen Sərkisyanı çətin dilemma qarşısında qoyacaq. Bu, qətliama göz yummaq Serj Sərkisyanın cinayətinə şərik olmaq demək mənasına gələcək. Ona görə də Armen Sərkisyanın son iki addımı məndə onun tərəddüd keçirdiyi görüntüsü yaradıb.

 

armen sarkisyan paşinyan ile ilgili görsel sonucu

 

Birincisi, o, Serj Sərkisyandan əvvəl radikal müxalifətin lideri Paşinyanla görüşdü. Özü də Serj Sərkisyandan fərqli olaraq, Paşinyanı otelə çağırmadı, küçənin ortasında görüşdü. İkincisi, Armen Sərkisyan bugünkü açıqlamasında tərəfləri dialoqa və qarşıdırmadan çəkinməyə çağırdı. Bu, müxalifətdən çox hakimiyyətə çağırışdır ki, Serj Sərkisyan polisə “atəş açın” əmrini verməsin. Armen Sərkisyan Serj Sərkisyana yarı gizli mesaj göndərir ki, sənin cinayətlərinə şərik olmayacam".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR