İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident əfv sərəncamı imzaldı - 634 nəfər yararlanacaq(Son dəqiqə)

16305 24.05.2018 16:10 Siyasət A A

 

Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

Əfv Komissyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Sərəncam 634 nəfərə şamil edilib. İlkin məlumata görə, bir neçə siyasi məhbusun adları əfv sərəncamına düşüb. Musavat.com onlardan bir qrupunu təqdim edir:

Abdullayev Valeh (2012 “Eurovision” işi)
Babayev Nadir (Tale Bağırzadə və Nardaran işi )
Qasımov Əliağa (Nardaran işi)
Cabbarov Hilal (Nardaran)
Qurbanov Ələkbər (Nardaran)
Şahbazov Fail (Nardaran)
Şahbazov Natiq (Nardaran)
Quliyev Məhəmməd (Nardaran)
Kərimov David (Hicab məhbusu)
Rzayev Elşad (Hicab məhbusu)
Fərəcov Elnur (Neftçala, AXCP üzvü)
Şəkərov Saday (yazıçı).

Musavat.com xəbər verir ki, əfv sərəncamının icrasına sabahdan başlanacaq.

Qeyd edək ki, İlqar Məmmədov, Əli İnsanov və başqa tanınmış siyasi məhbuslardan heç birinin adı əfv siyahısında yoxdur. 

Musavat.com onu da bildirir ki, prezident İlham Əliyevin imzaladığı bu sərəncam ən geniş əhatəli əfv sərəncamlarındandır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR