İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda konvoya hücum zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub

364 14.12.2018 23:12 Dünya A A

Pakistanda silahlı şəxslərin konvoya hücumu zamanı təhlükəsizlik qüvvələrinin azı 6 əməkdaşı həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri məlumat yayıb.

Məlumata görə, hücum İranla sərhəddə, Bəlucistan vilayətinin Keç dairəsində baş verib. Silahlılarla atışma zamanı həmçinin təhlükəsizlik qüvvələrinin daha 14 üzvü yaralanıb.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Pakistanda bir neçə gün əvvəl törədilən terror aktı nəticəsində 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR