İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan Prezidenti Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

801 26.03.2019 02:28 Siyasət A A

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Birləşmiş Ərəb Əmirliklərində səfər edib.

AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Şavkat Mirziyoyev Abu - Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini, Şeyx Məhəmməd Bin Zayed Əl - Nəhyan ilə görüşüb.

Görüşdə energetika, ticarət-iqtisadi, sərmayə qoyuluşu, maliyyə-bank, elm, texnologiya, təhsil, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Şavkat Mirziyoyev bildirib ki, bu gün BƏƏ-nin sərmayəsi ilə Özbəkistanda 107 müəssisə fəaliyyət göstərir. Əmirliklərdə Özbəkistanın firma və şirkətlərinin 28 nümmayəndəliyi işləyir. Vurğulanıb ki, 2018-ci ildə ölkələr arasında mal mübadiləsi 400 milyon dollar təşkil edib. Yaxın illərdə dövlətlər arasında mal mübadiləsinin həcminin 1 milyard dollara çatdırılması qərara alınıb.

Şavkat Mirziyoyevin BƏƏ-yə səfəri davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR