İnsanlara hürriyət, millətlərə istiqlal!

“SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK”

3586 01.09.2010 08:55 Oxucu poçtu A A
Ancaq bu uşaqlar orta məktəbi bitirdikdən sonrakı taleyi çox ağır faciələrlə nəticələnir.
Əslində bu məsələlərin həlli ilə məşğul olmaq Gözdən Əlillər Cəmiyyəti (GƏC) İctimai Birliyinin nizamnaməsinə əsasən birbaşa cəmiyyət rəhbərliyinin qanuni borcudur. Lakin cəmiyyətin sədri Səmyar Abdullayev cəmiyyətin inkişafına mane olur və talançılıqla məşğuldur. GƏC-in başqa ictimai birliklərdən fərqi odur ki, bu cəmiyyət böyük mülkiyyət sahibidir. 1931-ci ildə yaranmış GƏC ilk əlillər təşkilatıdır. Bu təşkilatın Azərbaycanın əksər regionlarında (Gəncə, Naxçıvan, Kürdəmir, Quba, Sumqayıt və sair) istehsalat korpusları, mədəniyyət evləri, mətbəəsi və digər bir çox obyektləri var.
6 sentyabr 1997-ci il fərmanı ilə mərhum prezident Heydər Əliyev bütün ictimai birliklərin əmlakını birdəfəlik həmin təşkilatlara bağışladı.
Vaxtilə Böyük Britaniyada korlar haqqında qərar qəbul edərkən məclis üzvlərinin gözü bağlanmışdı ki, korlar haqqında düzgün qərar qəbul olunsun.
Hazırda GƏC-in 12 mindən çox üzvü var. Lakin bu cəmiyyətdən yalnız 11 nəfər məclis üzvü daxil olmaqla 30 nəfərədək şəxslər yararlana bilir. S.Abdullayev ona edilmiş etibardan istifadə etməklə cəmiyyəti talayır.
Biz cəmiyyətimizdə çox işlər görə bilərik. Amma hörmətli Mehriban xanım, sizin dəstəyiniz olsa".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR