İnsanlara hürriyət, millətlərə istiqlal!

RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR?

9039 08.09.2009 08:21 Oxucu poçtu A A
Yol polisi əməkdaşı bildirdi ki, magistral yollarda və Bakı küçələrində qoyulmuş radarlar avtomobillərin hərəkətinə mərkəzləşdirilmiş qaydada nəzarət etmək üçündür: “Məqsəd  maşınların hərəkətini izləmək və yol hərəkət qaydalarını pozan maşınları dərhal müəyyənləşdirməkdi. Magistral yollarda və Bakı küçələrində qoyulmuş radarlar qaydanı pozan sürücünü nəzarətə götürür. Sürücünün idarə etdiyi maşının fotosu və  dövlət nömrə nişanı dərhal mərkəzə göndərilir. Bundan sonra yol hərəkət qaydalarını pozan sürücünün ünvanı müəyyənləşdirilir və  protokol yazılaraq adıçəkilən ünvana göndərilir. Magistral yollarda da radarlara düşən maşınların  sürücülərinə eyni qaydada cərimə yazılaraq onların yaşadığı ünvana göndərilir. Bundan sonra cərimə edilən sürücü  yaşadığı rayonun polis idarəsinə gələrək müvafiq qaydalar əsasında cəriməsini ödəyir”.
Yol polisinin sözlərinə görə, radara düşən sürücünün yerindəcə cərimə ödəməsi qadağandı: “Magistral yollarda radarlara əsasən sürət həddini pozan sürücülər düşür. Dərhal həmən maşının fotosu və surəti mərkəzə ötürülür. Belə olan təqdirdə bütün məsələlər baş idarənin nəzarətində olur”.
Qeyd edək ki, söylənilənləri bugünlərdə radara düşmüş əməkdaşımız da təsdiqləyib. Deyilənlərlə bağlı ötən gün  yaşadığı ünvana çağırış gəldiyini söyləyən həmkarımız cərimə ilə əlaqədar rayon Yol Polisi İdarəsinə çağırıldığını dedi: “Radara düşməyimlə əlaqədar cəriməni yerində ödəmək istədim. Amma yol polisləri imtina etdi”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR