İnsanlara hürriyət, millətlərə istiqlal!

“QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ”

2281 21.05.2009 08:58 Oxucu poçtu A A
M.Qurbanov məktubunda bu ilin fevralında Naxçıvanın Gömrük Komitəsinin sədri Asəf Məmmədovun göstərişi ilə Sədərək gömrük-keçid məntəqəsinin əməkdaşlarının ona məxsus malı müsadirə etdiyini yazır: “Asəf Məmmədov mənə qarşı soyğunçuluq hərəkətləri edib. Belə ki, onun şəxsi göstərişi ilə Türkiyədən ticarət  məqsədi ilə alıb gətirdiyim ərzaq mallarını Sədərək gömrük keçid  məntəqəsində saxladılar və bildirdilər ki, sənədlərdə çatışmazlıqlar var. Bu olaydan az keçməmiş xəbər tutduq ki, gömrüyün əməkdaşları mənə məxsus 3 min dollarlıq malın məhv edilməsi barədə saxta akt tərtib ediblər. Ancaq apardığım araşdırmalar nəticəsində məlum olub ki, məsələ belə deyil. Odur ki, bugünlərdə  Sədərək gömrük-keçid məntəqəsində oldum. Komitə sədrinin mallarımı satdırmasını sübut etmək  məqsədi ilə özümlə gizli  kamera götürdüm. Apardığım araşdırmalar zamanı  məlum  oldu ki, mənə məxsus ərzaq malları sonradan Asəf Məmmədovun  tapşırığı ilə dükanlara paylanılıb. Pulları isə Asəf müəllimə verilib”.
Şikayətçinin sözlərinə görə, baş verənləri ört-basdır etmək istəyən sədr sonradan malların məhv edilməsi barədə saxta akt tərtib edilməsi haqda göstəriş verib: “Bu faktı mənimlə söhbətində gömrük məntəqəsindəki mağazada satıcı işləyən şəxs də təsdiq edib və bildirib ki, həmin malları o satıb”. Baş verənlərin hamısını videolentə aldığını yazan şikayətçi bu kimi olayların Naxçıvan Gömrük komitəsində adi hal olduğunu qeyd edir: “Çəkdiyim videokassetləri ölkə başçısına, Milli Məclisə, deputat Rəbiyyət Aslanovaya, Naxçıvan MR Nazirlər Kabinetinə, hətta ayrı-ayrı mətbuat orqanlarına göndərdim. Amma nəticəsi olmadı.   Çünki  A.Məmmədovun arxasında Vasif  Talıbov kimi şəxs dayanıb. Şikayət etdiyim üçün mənə daim təzyiq edilirr, tutduracaqları ilə hədələyirlər. Türkiyəyə gedib-gəlməyimə süni əngəllər yaradırlar. Mal gətirənlərdən yüksək məbləğdə rüsum tələb edirlər. Bir sözlə, çalışırlar ki, ticarətlə məşğul olmayaq.  Bu azmış kimi, ötən həfdə Sədərək Gömrük Keçid Məntəqəsinin sədri M.Seyidov mənim məntəqədən keçərək Türkiyəyə getməyimi  qadağan edib. Odur ki,  Gürcüstan vasitəsilə Türkiyəyə getməyi qərara almışam. Elə vəziyyət yaradılıb ki, qazancımızın 90 faizini gömrük əməkdaşlarına verməli oluruq”.
M.Qurbanov məsələ ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olduğunu yazır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR