İnsanlara hürriyət, millətlərə istiqlal!

OXUCULARIMIZ YAZIR Kİ...

978 29.03.2009 08:01 Oxucu poçtu A A

“Yevlax məhkəməsi icra hakimiyyətinin şöbəsi kimi bir şeydir”
Yevlax şəhəri, Günəşli küçəsi, ev 3-ün sakini Cəlil Fərzəliyev yazır ki, 2006-cı il yanvarın 23-də Yevlax Rayon İcra Hakimiyyətini məhkəməyə verib. Məktub müəllifi yazır ki, rayon icra hakimiyyəti qanunsuz işlərlə məşğuldur: “Lakin 4 ildir iddiama baxılmır, buradan belə nəticə hasil olur ki, Yevlax Rayon Məhkəməsi rayon icra hakimiyyətinin bir şöbəsi kimi fəaliyyət göstərir. Yevlaxda yeni məhkəmə təsis etməyə böyük ehtiyac var. Doğrudanmı, Yevlax rayon icra başçısının qanunsuz əməllərini yerli məhkəmələr yox, Avropa Məhkəməsi müzakirə etməlidir?”

“Torpaq almaq üçün Gəncədə kimi “görmək” lazımdır?”
Gəncə şəhər sakini Rahib Həsənov yazır ki, fərdi yaşayış evinin tikintisi üçün 1985-ci ildən növbəyə durub, amma növbəsi çatmır ki, çatmır: “Bu müddət ərzində dəfələrlə Gəncə ŞİH-in memarlıq və şəhərsalma idarəsindən əhaliyə torpaq sahəsi verilib, amma nədənsə hər dəfə mən kənarda qalıram. Bilmirəm torpaq sahəsi almaq üçün Gəncədə kimi ”görmək" lazımdır?"

Masazıra marşrut işləmir
Masazır sakini Şəkil Dərələyəzli sakinlərin 1988-ci ildən salınmış qəsəbəyə gələn 225 saylı avtobusun pis işləməsindən əziyyət çəkdiyini yazır. Onun sözlərinə görə, bu məsələ ilə heç kim maraqlanmır, heç kim də məsuliyyəti öz üstünə götürmür.

“Azərfon”un direktoru korrupsiyaya yol verir”
Sabir İsayev adlı vətəndaş “Azərfon” MMC-nin bir qrup işçisi adından redaksiyamıza göndərdiyi məktubunda bildirir ki, işlədiyi qurumda milliyyətcə gürcü olan satış üzrə direktor Məryəm Asatyan vəzifə səlahiyyətlərini aşır: “O, qanunsuz olaraq şirkətin baş direktoru, milliyyətcə alman olan Gido-Hedberxin vəzifəsini icra edir. O, bura gələndən bir çox savadlı kadrlar işdən kənarlaşdırılıb. Məryəm Asatyan ölkənin və şirkətin maraqlarına zidd korrupsiyalara yol verir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR