İnsanlara hürriyət, millətlərə istiqlal!

İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ

1347 11.06.2009 08:01 Oxucu poçtu A A
Bugünlərdə Gədəbəy Rayon Elektrik Şəbəkəsinin rəisi V.Hüseynovun imzası ilə redaksiyamıza məktub daxil olub. Rəis həmin məktubda qeyd edib ki, qəzetdə şikayəti dərc edilmiş E.Sarıyeva rayonun idarə və müəssisələrindən pul yığdığı üçün hazırda yerli prokurorluq tərəfindən axtarılır: “O ki qaldı məqalədə mənim adımın çəkilməsinə, demək istəyirəm ki, Sarıyeva işdən azad olunan vaxt mən idarəyə rəhbərlik etməmişəm. Elminaz Sarıyeva məndən əvvəl şəbəkə rəisi işləmiş 4 şəxs barədə prokurorluğa, polisə böhtan dolu məktublar yazıb. Yazıda qeyd edilib ki, guya Sarıyeva yaxşı işlədiyinə görə idarəyə baş mühəndis vəzifəsinə təyin olunub. Əslində isə belə deyil. Bu şəxs işdə buraxdığı nöqsanlara, işə məsuliyyətsiz yanaşdığına, sınaq müddətində özünü doğrultmağına görə ”Gəncəelektrikşəbəkə" ATSC İdarə Heyətinin sədri S.M.Səfərov tərəfindən işdən azad olunub.
Bu adamın əməllərinə hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin səlahiyyətli nümayəndələri də qiymət verib. Həmin sənəddə açıq-aşkar qeyd edilib ki, E.Sarıyevanın işdən azad edilməsi qanunvericiliyə uyğun həll olunub. Sənəddə göstərilib ki, o, işdən azad olunarkən ona çatacaq son məbləğ bütünlüklə ödənilib".
V.Hüseynov məktubunda qeyd edib ki, E.Sarıyeva nəinki iş yerində, eyni zamanda qonşuları ilə daim münaqişədə olub. Dəfələrlə polisə düşüb. Barəsində məhkəmə qərarı var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR