İnsanlara hürriyət, millətlərə istiqlal!

İCRA BAŞÇISI MƏHKƏMƏ QƏRARINI SAYMIR

1276 30.03.2009 08:13 Oxucu poçtu A A
“Masallı Rayon Məhkəməsi Lənkəran Şəhər Xalq Deputatları Soveti (XDS) Rəyasət Heyətinin 05.05.1993-cü il tarixli 9 saylı qərarının, Lənkəran rayonlararası inventarlaşdırma bürosunun 05.05.1993-cü il və 17.05.1993-cü il tarixli torpaq qeydiyyatının ləğvinə dair iddianı təmin edib. Qətnamə üzrə verilmiş icra vərəqəsi qanunla müəyyən edilmiş qaydada icraya yönəldilib. Amma bu günədək mənə məxsus torpaq sahəsinin sərhədləri müəyyənləşdirilməyib. Belə ki, sənəddə 930 kvadratmetr torpaq sahəsi qeyd olunduğu halda mənim istifadəmdə faktiki olaraq 719 kvadratmetr sahə var. Rayon İcra Hakimiyyəti çatışmayan torpaq sahəsinin mənə qaytarılacağını söz versə də indiyədək bu mümkün olmayıb. Lənkəran Rayon İcra Hakimiyyəti ötür-ötür oyunu oynayır”.
Şikayətçinin yazdığına görə, Lənkəran RİH-in əlaqədar şöbə müdirləri rüşvət alaraq qətnamənin icrasını dayandırıblar: “Məsələ ilə bağlı dəfələrlə icra başçısının qəbulunda olmuşam. Amma heç bir nəticəsi olmayıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR