İnsanlara hürriyət, millətlərə istiqlal!

“FUAD ƏLƏSGƏROVLA OMBUDSMAN DEDİ MƏHKƏMƏYƏ GÜCÜMÜZ ÇATMIR”

909 15.03.2009 07:35 Oxucu poçtu A A
“1987-ci ildən Şəki Elektrik Şəbəkəsində elektrik mühəndisi vəzifəsində işləyirəm. Ali təhsilli mütəxəssisəm, işimi mükəmməl bildiyimə görə dəfələrlə mükafat da almışam. 2002-ci ilin sonunda "Bayva-Qərbenerji" MMC yarandı və külli miqdarda enerji pulunu mənimsəyən Mahir Əliyev 2003-cü ildə həmin qurumun rayon elektrik şöbəsinə rəis təyin edildi. Təzə rəis çox keçməmiş mənim yeni təyin olunduğum büdcə üzrə enerji satış şövbəsinin aparıcı mühəndis vəzifəsinə öz kadrını təyin etmək niyyətinə düşdü. Bundan sonra o, kassir anası və qurumun hüquq məsləhətçisi Məhərrəm Dəryagirlə birgə mənə təzyiqlər göstərməyə başladı. Dəryagir 8 fevral 2005-ci ildə heç bir hüquqi əsası olmadan məni işdən azad etdi. Çox çətinliklə də olsa əmri əldə etdim. Əmrə görə, guya mən 10-26 yanvar 2005-ci ildə 17 gün işdə olmamışam. Halbuki bu müddətdə bayram və istirahət günləri nəzərə alınmayıb və texniki səbəb üzündən 11 iş gününü tabelə imza atmasam da işdə olmuşam. Hətta həmin günlər vəzifəmi yerinə yetirməklə bağlı 30 müxtəlif təşkilatdan arayış da əldə etmişəm"- deyə şikayətçi yazır.
M.Manafova işə bərpa olunması üçün aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də hələ də işsiz və maddi sıxıntı içində qaldığını bildirir: “Pozulmuş hüquqlarımı bərpa etməklə əlaqədar məhkəmələrə müraciətlərimin faydası olmadı. Hətta Ali Məhkəmənin Plenumu iddiamda maddi sübutlar (?!-red.) olmadığını əsas gətirərək işi baxışa çıxarmır. Konstitusiya Məhkəməsi isə işi icraata qəbul etməyib. İndiyədək 30 dəfə dövlət başçısına, 2 dəfə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə, 35 dəfə ədliyyə nazirinə, 2 dəfə spiker Oqtay Əsədova, millət vəkilləri Rəbiyyət Aslanovaya və Əli Məsimova müraciətlər etmişəm. 15 fevral 2006-cı ildə Fuad Ələsgərovun, 17 fevralda ombudsman Elmira Süleymanovanın qəbulunda oldum, hər ikisi məhkəmələrə güclərinin çatmadığını dedilər. Maddi vəziyyətim yalnız əməkhaqqımdan asılı olduğu üçün ev əşyalarımı satmaq məcburiyyətində qalmışam. İşlə təmin olunmaq üçün Şəki Şəhər İcra Hakimiyyəti başçısının qəbulunda oldum, o, müavinlərinə tapşırıq versə də bu günədək nəticəsi yoxdur. 21 fevral 2009-cu ildə ”Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyevin köməkçisi Zülfüqar Aslanov məni qəbul etdi və bildirdi ki, vakant iş yeri olsa, məni işə götürəcəklər. Bu gün Şəki Regional Enerjitəchizat MMC-də xeyli qeyri-ixtisas sahibi var. Yevlax, Qəbələ, İsmayıllı, Oğuzdan gəlib kirayədə yaşayır və orada işləyirlər, amma mənə deyirlər ki, sən gözlə".
M.Manafova ümid edir ki, pozulmuş hüququ Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşməklə bərpa edilə bilər: “Vəkilim məsləhət görür ki, Ramiz Rzayevin qəbulunda olum. Məhkəmə orqanları problemimi obyektiv araşdırmadıqları, laqeydlik göstərdikləri üçün mən işsiz və maddi sıxıntı içində qalmışam”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR