İnsanlara hürriyət, millətlərə istiqlal!

FELDYEGER XİDMƏTİ NƏDİR?

35599 22.06.2009 08:03 Oxucu poçtu A A
Feldyeger xidməti mühüm dövlət sirlərini özündə əks etdirən sənədləri, tam məxfi, qismən məxfi və məxfi əhəmiyyətə malik sənaye məhsullarının ünvanlara çatdırılmasını həyata keçirən yarımhərbiləşdirilmiş rabitə xidmətidir. Azərbaycanda Dövlət Feldyeger Xidməti Nazirlər Kabinetinin nəzdində (daxilində) fəaliyyət göstərir. Feldyeger xidməti haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsində qurumun vəzifələri belə göstərilib:
2.0.1. Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusilə mühüm, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, eləcə də diplomatik korrespondensiyaların Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılması;
2.0.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müqavilə əsasında müəssisə, idarə və təşkilatların korrespondensiyalarının, habelə texniki sənədlərin və sənaye məmulatları nümunələrinin Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılması.
Qanunun 6.2-ci maddəsinə görə, Feldyeger xidmətinin əməkdaşları xidməti vəzifələrini icra edərkən xidməti silah gəzdirə, həmin silahdan və eləcə də xüsusi vasitələrdən istifadə edə və fiziki güc tətbiq edə bilərlər. Xidmətin əməkdaşlarını vəzifə başında həbs etmək və daşıdıqları yükü müsadirə etmək qadağan edilib. Sonda onu da qeyd edək ki, bu xidmətdən dünyanın bütün ölkələri istifadə edir. ABŞ-da 38 min hərbiləşdirilmiş poçtalyon var. Rusiyada onların sayı 4 min 570, Ukraynada isə 1500 nəfərdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR