İnsanlara hürriyət, millətlərə istiqlal!

“ƏHLİMAN ƏMİRASLANOV İNSANOVUN AQİBƏTİNDƏN NƏTİCƏ ÇIXARSIN”

4075 29.03.2009 08:57 Oxucu poçtu A A
F.İsmayılın yazdığına görə, bütün bunlara görə onun ailəsi dağılıb və hazırda ikinci nikahından olan həyat yoldaşı və azyaşlı övladı ilə heç bir kommunal şəraiti olmayan yataqxanada yaşayır. Hətta ona verilən torpaq sahəsi də zəbt edildiyi üçün F.İsmayıl hazırda nə işinin, nə də yaşayış yerinin münasib olmamasından və bunlarla əlaqədar aidiyyəti qurumlara etdiyi müraciətlərin faydasız olmasından şikayətlənir: “Mən Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişəm. 1994-cü ildə aspirantura və klinik ordinaturanı bitirəndən sonra rektor Əhliman Əmiraslanovun qəbuluna getdim ki, məni lor kafedrasında münasib işlə təmin etsin. O isə mənə məsləhət bildi ki, o vaxtkı səhiyyə naziri Əli İnsanovun qəbuluna gedim. Uzun müddət get-gəldən sonra sabiq nazirlə görüşüm baş tutdu, lakin o, nəinki məni işlə təmin etdi, əksinə, əmimi Bakıda 54 saylı aptekin müdirliyi vəzifəsindən də çıxartdırdı. Nazirlikdə məni o qədər get-gələ saldılar ki, axırda əsəb sarsıntısından yatağa düşdüm, ailəm dağıldı. Aylarla müalicə olundum, uzun müddət qidalana da bilmədim. Bu haqsızlıqlara dözməyib Əli İnsanov barəsində mətbuatda tənqidi yazılarla çıxış etdim. Hazırda isə Əhliman Əmiraslanov bürokratik əngəllərlə mənim işləməyimə mane olur. Əhliman müəllim Əli İnsanovun aqibətini özünə görk etmək əvəzinə deyir ki, guya mənim yaşım ötdüyü üçün ixtisasım üzrə elmlə məşğul ola bilmərəm”.
F.İsmayıl yazır ki, səhhəti ilə əlaqədar doğulduğu Gədəbəy rayonunda müalicə olunmağa getdiyi müddətdə ona məxsus olan torpaq sahəsi də mənimsənib: “1990-cı ildə mənə gənc mütəxəssis kimi 30 sot bağ sahəsi verildi. Səhəttimlə əlaqədar Gədəbəyə getdiyim üçün bağ evim mənimsənildi. Sumqayıtda bağlar idarəsindən mənə dedilər ki, həmin torpaq sahəsi Qubadlı Rayon İcra Hakimiyyətinə verilib. İcra başçısı Əvəz müəllimin yanına getdim, mənə dedi ki, bu sahəni bizə istifadəyə veriblər. Halbuki orada məcburi köçkünlərin adından istifadə edilib villalar ucaldılıb. İndi Müşfiqabad qəsəbəsində heç bir kommunal şəraiti olmayan yataqxananın bir otağına sığınmışam. Azyaşlı uşağım, ailəmlə qəza vəziyyətində olan binada yaşayırıq. Mən 22 manat laborant maaşı ilə ailə dolandırım, yoxsa bürokratik əngəllərdən xəstə düşmüş canımı müalicə etdirim?”
Qeyd edək ki, məktub müəllifi eyni məzmunlu məktubu dövlət başçısına da ünvanlayıb. Məktubun sonunda İ.Əliyevə xitabən yazılıb: “Cənab prezident, siz Azərbaycan vətəndaşlarının hər birinin qarantısınız. Mən məmur qapısı döyməkdən üzülmüşəm. Ümid edirəm ki, zəbt olunmuş bağ sahəmin geri qaytarılmasında, ixtisasıma uyğun işlə təmin olunmağımda mənə köməklik edəcəksiniz”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR