İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ...

2609 04.09.2009 08:13 Oxucu poçtu A A
“Mən 2006-cı ilədək sudan istifadə haqqını tam şəkildə ödəmişəm. Sonra isə bütün mənzillərə su sayğacı quraşdırıldığı kimi, mənim də mənzilimə sayğac quraşdırılması üçün müraciət etdim. Lakin müraciətimə baxan olmadı. Digər tərəfdən, mən dəfələrlə idarəyə gedib su pulu haqda bildiriş tələb etdim. Hər dəfə müxtəlif bəhanələrlə nədənsə mənə bildiriş verilmədi. İdarədən gah dedilər abunəçiyə belə sənəd verilmir, gah dedilər bu məbləğ kvartaldan-kvartala çıxarılır, gah da dedilər ki, vaxtında müraciət etməmişəm. Bu il 31 iyulda təkrar idarəyə müraciət etdim. Çox araşdırmadan sonra idarənin bir işçisi bildirdi ki, mənim 58 manat 96 qəpik borcum var. Kompüterçi qız isə dedi ki, 153 manat 81 qəpik su pulu ödəməliyəm. Halbuki mən tək yaşayıram və müəyyən səbəblərə görə qaz və sudan ümumiyyətlə, istifadə etmirəm.
Bu rəqəmlər arasında böyük fərqə görə özünü idarə rəisi kimi təqdim edən Ramiz Xıdırova (sonradan bildim ki, o, rəis müavini imiş) müraciət etdim. O, məni dinləmək istəmədən Tiflis prospekti 67-dəki “Azərsu” şirkətinə getməyi məsləhət gördü və dedi ki, get 214-cü kabinetə, sayğac üçün müraciət et. Oradan isə bildirdilər ki, məni yanlış olaraq göndəriblər. Anladım ki, məqsəd əhalini keyfiyyətli və fasiləsiz su ilə təmin etmək yox, abunəçinin su pulunu qanunsuz yolla artırmaqdır. Onsuz da cidanı çuvalda gizlətmək olmur..."
S.Həsənovun şikayətilə əlaqədar Suraxanı rayon Su İdarəsinə müraciət etdik. İdarədən bildirildi ki, vətəndaş təkrar olaraq müraciət etsə, problemi araşdırılacaq.
P.S. Dünən günün sonunda S.Həsənov redaksiyaya zəng edərək bildirdi ki, onun mənzilinə su sayğacı quraşdırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR