İnsanlara hürriyət, millətlərə istiqlal!

“CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!”

3535 12.02.2010 09:21 Oxucu poçtu A A
Şikayətçi məktubunda Qardaşxan Hüseynovla tanışlığının 1997-ci ilə gedib çıxdığını qeyd edir. Həmin vaxt M.Abbasov Türkiyənin Trabzon şəhərində ticarətlə məşğul olurmuş. Qardaşxan Hüseynov da Türkiyə ilə xam dəri alveri edirmiş və trabzonlularla ticarət şərikliyi varmış. Həmin vaxtlar universitet müəlliminin Trabzonda yaşayan bir Türkiyə vətəndaşı ilə pul mübahisəsi yaranır. Miribadət Abbasov bu problemin həllində ona kömək etdikdən sonra onlar dostlaşır və bir müddət sonra ortaq ticarətlə məşğul olurlar.
M.Abbasov şikayət məktubunda daha sonra yazır ki, o vaxtlar onun Binə Ticarət Mərkəzində icarəyə götürülmüş mağazası varmış. Kommersant, həm də universitet müəllimi Qardaşxan Hüseynov ortaq ticarət məqsədi ilə ona hissə-hissə 40.000 dollar pul verir. Və üstündən 2 ay keçməmiş  pulunu geri istəyir: “Gah dedi ki, özümə ”Mercedes" aliram, gah dedi ki, qızımı köçürürəm. Bir sözlə, Qardaşxan Hüseynovla ortaqlığın yanlış olduğunu anladım və nağd pulum olmadığı üçün onun verdiyi 40.000 dolları yavaş-yavaş ödəyəcəyimi dedim. Ancaq Qardaşxan Hüseynov pulunu tez verməyimi tələb edirdi. Mənim isə bu qədər pulu birdən ödəməyə imkanım yox idi. Üstəlik, 2004-cü ildə Beslan hadisələrindən sonra yollar bağlandı və əsas müştərilərimiz olan dağıstanlılar bizə olan borclarını qaytarmadılar. Buna görə də maddi durumum pisləşdi. Ancaq yenə də müəllimə olan borcumu qaytarırdım. Eyni zamanda Qardaşxan Hüseynov əlaqələrindən istifadə edərək məni təhdid edir, hüquq-mühafizə orqanlarına apartdırırdı. Təbii ki, hüquq-mühafizə orqanlarında təqsirsiz olduğumu bilirdilər. Ancaq hər dəfə “nə edək, universitetin müəllimidir, gündə bir tələbənin atası, əmisi, ya dayısı zəng edir” kimi sözlərlə özlərini təmizə çıxarmağa çalışırdılar. Qardaşxan Hüseynov isə məni bir məhkəmədən o birinə süründürə-süründürə 40.000 əvəzinə, 41.000 dollar ödətdirdi".
Ancaq pulu ödədikdən sonra da BDU-nun müəllimi keçmiş şərikini sakit buraxmır. Bu dəfə o, bir neçə ilin yığılmış “faizini” tələb edir: “Özü də açıq şəkildə etiraf edir ki, pulun faizini də ödətdirəcəm. Maraqlıdır ki, borcun ödənilməsilə bağlı qəbzlər məhkəməyə təqdim olunsa da, pulların ödənilməsində polis əməkdaşları şahid olsalar da, hakimlər yenə də BDU-nun müəllimini ”haqlı" çıxarırlar".
Əlacsız qalan keçmiş ticarətçi ölkə başçısına, daxili işlər, təhsil nazirlərinə, baş purokurora, hətta BDU-nun rektoruna müraciətlər edib. Ancaq bu müraciətlər cavabsız qalıb. Femida yarı sələmçi, yarı müəllimin tərəfindədir. Şikayətçinin sözlərinə görə, Səbayel Rayon Məhkəməsinin hakimi Araz Hüseynov və Apelyasiya Məhkəməsinin hakimi Ülvi Mayılov iddiaçının, yəni Qardaşxan Hüseynovun xeyrinə qərar çıxarıb.
Ali təhsilli keçmiş mədəniyyət işçisi, hazırda işsiz olan Miribadət Abbasov Qardaşxan Hüseynovun onu indi də təqib etdiyini bildirir. “Bu, artıq şəxsi ədavətdir. Öhdəmdə ağır xəstə olan xanımımın əməliyyat olunması üçün pul tapmıram, Qardaşxan Hüseynov isə utanmadan deyir ki, onsuz da pulumu almışam, sənə əzab verəcəyəm, axırına çıxacağam. BDU-nun hüquq fakültəsinin müəllimi olan bu şəxs, deyəsən, hərəkətlərinin hüquqi adını unudub. Bu, ən azı reketçilikdir! Cənab prezident, məni reket müəllimin əlindən qurtarın!”
P.S. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR