İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizdən Ərdoğanı dəstəkləməyimizin qisasını alırlar”

2855 14.04.2014 18:51 Oxucu poçtu A A

“Hörmətli redaksiya!

4 aprel tarixində müxtəlif xəbər saytlarında yer alan “Nurçuların Azərbaycandakı müdhiş biznes şəbəkəsi adlı məqalədə “Aral Qrup” MMC-nin də adına yer verilmişdir. Məqalədə bizim müəssisənin və rəhbərimiz Ahmet Çetinin nüfuzuna ciddi xələlgətirici ifadələrə yer verilmişdir. 

Bildirmək istərdik ki, cənab Ahmet Çetin Azərbaycanın ən ağrılı günlərində Azərbaycana yardıma gəlmiş Türk insanlarından biridir.
 
Türkiyə vətəndaşı olaraq, Ədalət və Qalxınma Partiyasını (AK Partiya) və onun dünya lideri olan sədri, baş nazir Rəcəb Tayyib Ərdoğanın sadiq tərəfdarı olan Ahmet Çetin iki qardaş ölkə prinsipinə hər zaman sadiq qalmışdır. Azərbaycan Respublikasında türk iş adamları üçün yaradılmış münbit şəraitdən faydalanaraq işgüzar fəaliyyətində ən ciddi uğurlara məhz Azərbaycanda nail olan Ahmet Çetin və onun Azərbaycanda qurduğu kommersiya qurumların iki qardaş ölkənin münasibətlərə zərər verə biləcək hər hansı bir şəbəkədə iştirakı mümkün deyil. 

Hesab edirik ki, şirkətimizin isminin bu kimi qaranlıq şəbəkələrlə əlaqələndirilməsi məqsədyönlüdür və Türkiyə və Azərbaycanın ortaq mübarizə apardığı şər mərkəzləri qəsdən bizim kimi şirkətlərin adlarını mediaya ötürərək, cənab Ərdoğanın fəaliyyətlərini canı -  könüldən və yüksək sədaqətlə dəstəkləməyimizin qisasını alırlar”.   

 Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR