İnsanlara hürriyət, millətlərə istiqlal!

AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB

1639 26.05.2009 08:14 Oxucu poçtu A A
“Üç ildir ki, bu məktəbdə riyaziyyat müəllimi işləyirəm. Məndən başqa məktəbdə bir riyaziyyat müəllimi var və dərs yükü onunla aramızda bölüşdürülmüşdü. Öz işimin öhdəsindən layiqincə gəldiyim halda direktor yarım ilə yaxındır ki, məni işdən azad edib. Məlumat üçün bildirim ki, mən 2003-cü ildə Azərbaycan Pedaqojı İnstitutunun riyaziyyat fakültəsini bitirmişəm, cəbhə bölgəsində hərbi xidmətimi başa vurduqdan sonra rayon təhsil şöbəsindən öz kəndimizdəki sözügedən məktəbə riyaziyyat müəllimi təyin olunmuşam. Mərhum atam tarix-coğrafiya müəllimi Bayram Hacıyev də vaxtilə bu məktəbin direktoru olub və həmin vaxtlarda təhsil problemlərinin həlli ilə əlaqədar məktəbdə ciddi qaydalar tətbiq edib. Bunu məktəb kollektivi və Ağcabədi təhsil şöbəsində yaxşı bilirlər. Lakin orta ixtisas təhsilli, bədən tərbiyə müəllimi olan indiki direktor o vaxt bu qaydalara görə atamla qərəzli münasibətdə olub və  bu qərəz bizim ailəyə qarşı yenə də davam etməkdədir. Anam məktəbin həyətində Ələsgər Məmmədovdan mənim işdən çıxarılmağımın  səbəbini soruşduqda o, layiqsiz ifadələrlə anamı təhqir edib və deyib ki, get, nə bilirsən onu et. Bununla əlaqədar Ağcabədi rayon polis bölməsinə də məlumat verilib”.
Bu gün məktəblərdə kişi müəllimlərinə daha çox ehtiyacın duyulduğunu vurğulayan H.Hacıyev hazırda heç bir qazanc yerinin olmadığına da diqqət çəkir: “Məktəblərdə kişi müəllimlərinin çoxluğu oğlan uşaqlarının qadın əxlaqının təsiri altında böyüməsinin qarşısını alır. Belə olan halda direktor mənim yerimə qonşu kənddən niyə qadın müəllim gətirdib, bilmirəm. Digər tərəfdən, atam dünyasını dəyişdikdən sonra dolanışığımız həddən artıq çətinləşib, üstəlik, mən də ailəliyəm, müəllim məvacibi ilə birtəhər dolanırdıq, buna da imkan verilmir”.
Hafiz müəllim problemlə əlaqədar Ağcabədi Rayon Təhsil Şöbəsinə və Rayon İcra Hakimiyyətinin başçısına  müraciət etdiyini də yazır: “Təhsil şöbəsindən ”hələ gözlə, boş yer yoxdur" cavabını aldım. İcra başçısı Şahin Məmmədov isə işlə təmin olunmam barədə təhsil şöbəsinə xəbərdarlıq etsə də, təhsil şöbəsindən problemimə yenə də laqeydlik göstərilir. Qəzetiniz vasitəsilə nazir Misir Mərdanova da müraciət edirəm. Haqsız yerə işdən çıxarılmışam, işə bərpa edilmək, yaxud ixtisasım üzrə münasib işlə təmin olunmağımı istəyirəm. Artıq rəsmi ərizə ilə nazirliyə də müraciət etmişəm".
Məsələ ilə əlaqədar Təhsil Nazirliyi ilə əlaqə saxladıq.  Nazirlikdən bildirildi ki, şikayətçi nazirliyə ərizə ilə müraciət etməlidir. Müraciət etdiyini xatırlatdıqda nazirlik əməkdaşı araşdırılma aparılacağını vəd etdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR