İnsanlara hürriyət, millətlərə istiqlal!

ORXAN KƏRİMOV ŞAHRZA ƏLİYEVİN GÜDAZINA GEDİB

4157 16.08.2011 09:01 İqtisadiyyat A A
Yada salaq ki, Ş.Əliyevin müavini Orxan Kərimov bu yaxınlarda həbs edilib. O, saxta diplom məsələsində və qanunsuz tələbə köçürmələrində günahkar bilinir. Mənbə deyir ki, əslində MTN-in hazırladığı bu əməliyyatın hədəfi Şahrza Əliyev olmalı idi. Ancaq son anda Ş.Əliyev müavinini güdaza verməklə özünü qoruya bilib.
Mənbə eyni zamanda O.Kərimovun həbsinə də aydınlıq gətirir - iqtisadiyyat idarəsinin rəis müavini statusuna görə heç bir halda tələbə köçürmələrində iştirak edə bilməz, bu aksiomadır. O.Kərimov, sadəcə, nazirlikdəki daxili intriqaların qurbanı olub.
Ş.Əliyev maddi imkanlarına görə istənilən nazirlə rəqabət apara biləcək bir şəxsdir. O, bu dalğada O.Kərimovu güdaza versə də, başı üzərindən təhlükə hələ sovuşmayıb. Onun hətta həbs olunma təhlükəsi də var. Hələliksə onun maddi imkanlarının səviyyəsi öyrənilir. Onun həbsi antikorrupsiya şousunun yaxşı reklam kliplərindən biri ola bilər.
Mənbə deyir ki, Ş.Əliyev Bakıda fəaliyyət göstərən “Jasmin” və “Mərhəmət” ticarət şəbəkələrinin, eyni zamanda çoxsaylı ticarət obyektlərinin sahibidir. Mənbə birmənalı şəkildə onu Azərbaycanın üzdə olmayan iri oliqarxlarından biri kimi xarakterizə edir - onun geniş maliyyə imkanları, potensial rəqiblərini sıradan çıxartmaq məharəti, istənilən situasiyanı öz xeyrinə dəyişmək bacarığı var. Bütün bunlara görə də uzun müddət siyasi hakimiyyətin diqqətindən kənarda qalmağı bacarıb. Ancaq maliyyə imkanları getdikcə genişlənən Ş. Əliyev təbii olaraq siyasi hakimiyyətin diqqətini cəlb etməliydi.
Mənbə onu da bildirir ki, Ş. Əliyevin taleyi yeni dərs ilinə qədər həll olunacaq. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ş. Əliyevin korrupsiya əməlləri ilə bağlı təkzibolunmaz sübutlar toplaya bilib. Məsələn, məktəblərin təmir-tikintisi ilə bağlı tenderlər demək olar ki, keçirilməyib, bəzi hallarda isə formal xarakter daşıyıb, dövlət sifarişləri ancaq özlərinə yaxın şirkətlərə verilib. Bütün bunlara birbaşa Ş. Əliyev rəhbərlik edib. Bu, çoxsaylı faktlardan yalnız biridir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR