İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar sənəti olmayıb, sevilənlərdir” - KVN-çilərin konsertindən FOTOLAR

2233 20.04.2018 13:22 Şou-biznes A A

“Planet Parni iz Baku” komandası Heydər Əliyev Sarayında “Nataşa tı prişol?” adlı konsert proqramı ilə çıxış edib.

Musavat.com xəbər verir ki, ötən gün 4 günlük konsertin növbətisi baş tutub.

“Bakılı oğlanlar” tamaşaçıların alqışı ilə səhnəyə çıxıb. İlk tamaşa xaricdə istirahət edən həmyerlilərimizə həsr olunub. Bundan əlavə, aparıcı Hacı Nuran bir neçə səhnəcikdə parodiya edilib.

KVN-şiklər ənənəsinə sadiq qalaraq Bakı meri Hacıbala Abutalıbovu da parodiya etməyi unutmayıb.  

Daha sonra çempionlar sənəti olmayıb, böyük kütlə tərəfindən sevilənləri tamaşaçı qarşısına çıxardılar və onları məhkumlar kimi təqdim etdilər.

“Bakılı oğlanlar” çıxışlarında “razminka” deyilən hissəyə də yer ayırdı. Onlar tamaşaçıların onlara ünvanladığı sualları intellektual yumorla cavablandırıblar.

Ən sonda isə konsertin adını daşıdığı “Nataşa tı prişol?” səhnəciyi yayımlanıb.

Səhnəciklər bitdikdən sonra əməkdar artist Tahir İmanov tamaşaçılara səslənərək Azərbaycanı çox sevdiklərini və elə buna görə də bir çox mövzulara toxunduqlarını bildirib: “Bir nəfər mənə sual verdi ki, “Hər dəfə konsertlərinizdə vətənə olan sevgidən danışırsınız. Əgər bu qədər sevgi varsa, niyə cəmiyyətdə olan nöqsanlardan söz açırsınız? Hər yerdə neqativ axtarırsınız? Ona dedim ki, bəli ölkəmizi sevirik. Bu həyatda hər birimizin sevdiyi insanlar var. Əgər kiminsə övladı böyüklərin qarşısında özünü nalayiq aparırsa, o zaman valideynləri bunun düzgün hərəkət olmadığını ona başa salır. Çünki onlar, bu dünyada övladını hamıdan çox istəyir. Əgər sevməsəydi susardı. Eləcə də biz Azərbaycanı istəyirik, sevirik, onun üçün canımızı verərik. İstəməsəydik, sevməsəydik və canımız yanmasaydı düşmənlərimiz kimi nöqsanlara sevinərdik və bunlara gözlərimizi yumardıq”.

Qeyd edək ki, bu gün “Planet Parni iz Baku”nun sonuncu konsert günüdür.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR