İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziya Məmmədov “Yeni Müsavat”a danışdı

19006 23.11.2016 17:55 Ölkə A A

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələn il yanvarın 20-də keçirilməsi  nəzərdə tutulan inaqurasiya mərasimində kimlərin iştirak edəcəyi barədə müzakirələr gedir.

““Amerika-Azərbaycan” Alyansının sədri, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunub”. Bu xəbəri  "Qafqazinfo" yayıb. Məlumata görə, iş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq. 

Qeyd edək ki, biznesmen Anar Məmmədovun Donald Trampla iş birliyinin olması haqda Azərbaycan mətbuatında dəfələrə məlumatlar dərc olunub. O, eyni zamanda Bakının Xətai rayonu ərazisində yerləşən “Tramp” adlı böyük bir plaza da inşa etdirib. 

ABŞ-ın yeni prezidentinin adı elan olunandan sonra nəqliyyat naziri və onun oğlunun Tramp ailəsi ilə əlaqələrindən çox yazılıb. Bütün bunlarla əlaqədar, həmçinin inauqurasiyaya dəvət mövzusu ilə bağlı xəbərlərə aydınlıq gətirmək üçün nəqliyyat nazirinə müraciət etdik. Gün ərzində dəfələrlə göstərdiyimiz cəhdlərin yekununda cənab Ziya Məmmədovla şəxsən danışa bildik. 

Sualımızı dinləyən nazir “Yeni Müsavat”a bunları bildirdi: “Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin ”.   

Elşad PAŞASOY
Musavat.com

Ziya Məmmədov Tramp ile ilgili görsel sonucu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR