İnsanlara hürriyət, millətlərə istiqlal!

ZEYNƏB XANLAROVANIN QARDAŞI QIZINA ÖLKƏDƏN ÇIXMAQ QADAĞAN EDİLİB

18423 11.07.2012 09:56 Ölkə A A
Məhkəmə qərarına əsas kimi M. Xanlarovanın borclu olması göstərilib. Rayon məhkəməsinin qərarından narazı qalan M. Xanlarova Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Müraciətə iyulun 12-də hakim İlqar Dəmirovun sədrliyi ilə baxılacaq.
Mehriban Xanlarova isə APA-ya açıqlamasında məsələnin hüquqi tərəfi ilə vəkilinin məşğul olduğunu deyib. Aktrisa bildirib ki, onu “Unibank” məhkəməyə verib. Aktrisa məhkəmədə prosesində iştirak etdiyini də deyib: “Məhkəmədə qərara etiraz elədim. Məhkəmədəki çıxışımda bildirdim ki, mən sənətçiyəm, tanınmış insanam, vaxtaşırı teatrla səfərlərə gedirəm. Cani, narkoman deyiləm ki, belə qərar verirlər. Maşını hamı kimi mən də satmışam. Mən maşını Lalə Dadaşovaya satmışam, o da başqasına, burda mənim günahım nədir? Əlbəttə, bankda mənim adıma olduğuna görə məsuliyyəti mən daşıyıram. Sadəcə, bu məhdudiyyət nəyə lazım idi?”
M. Xanlarova 21 min manat borcunun bir hissəsini artıq ödədiyini deyib: “Banka borcum indi 16 min manatdır. Deyirlər, banka nəsə əmanət qoy, mənim nəyim var ki, girov qoyum? 16 min manata görə adama məhdudiyyət qoyarlar? Hara qaçacağam Azərbaycandan, 16 minə görə ölkədən qaçaram mən? Uzaqbaşı məhkəmə qərar verəcək, maaşımdan çıxacaqlar da...”
Qeyd edək ki, M.Xanlarova xalq artisti, deputat Zeynəb Xanlarovanın qardaşı qızıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR