İnsanlara hürriyət, millətlərə istiqlal!

Yağış davam edəcək

1783 25.10.2016 12:48 Ölkə A A
Bakı və Abşeron yarımadasında oktyabrın 26-da bəzi yerlərdə  arabir yağış  yağacağı  gözlənilir.
 
Mülayim şimal-şərq küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə  6-8° isti, gündüz  9-11° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək  773 mm civə sütunu, nisbi rütubət   85-95 % təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
 
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR