İnsanlara hürriyət, millətlərə istiqlal!

XƏTAİNİN İCRA BAŞÇISI VƏTƏNDAŞI DƏLİXANAYA SALDIRMAQLA HƏDƏLƏYİR

3392 14.07.2011 09:55 Ölkə A A
“Kürəkənim Vaqif Babayevin anası öləndən sonra atası Ramiz Babayev Gülnar adlı qadınla evlənib və onu kürəkənim, qızım yaşayan evə gətirib. Sonradan problemləri olub və məhkəmə Q.Nəbiyev küçəsi, ev 5, mənzil 45-in bir otağında onlara yaşamaq hüququ verib. Ramiz öləndən sonra yoldaşı Gülnar Babayeva həmin bir otağı tələm-tələsik öz adına keçirib və satıb, sonra da aradan çıxıb. Əslində isə evin otağı digər sakinlərdən icazəsiz satıla bilməzdi. Gülnar evi Mirqalib Ağalarov adlı ev dəllalına satıb. Mirqalib də Xətai RİH-dən həmin bir otaqdan dükan kimi istifadə etmək üçün qapı açmağa icazə alıb və otağın pəncərəsindən bayıra qapı açıb. İcra hakimiyyətinin bu icazəsi də qanunazidd olub. Mirqalib mənə deyib ki, qapını açmağa icazə almaq üçün icra hakimiyyətinə 10 min manat verib. Dedi ki, pulumu verib icazəmi almışam, nə istəyirsiniz edin. O, evi geri qaytarmaqdan imtina etdi, halbuki alarkən qeyri-qanuni sənədləşmə etdiklərini bilirdi” - deyə şikayətçi bildirdi.
E.Bəndəliyeva qeyd etdi ki, bundan sonra qabağa düşərək qızı və kürəkəni yaşayan evi geri qaytarmaq üçün hüquqi yollar axtarmağa başlayır: “Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Oradan bildirdilər ki, rayon icra hakimiyyətlərinin bu cür icazələr vermək səlahiyyəti yoxdur. Yəni Xətainin icra başçısı saxta sənəd verib, qanunsuz olaraq ev dəllalına pəncərə oyuğundan qapı açmağa icazə verib. Gül bayramında dövlət başçısı İlham Əliyevə yaxınlaşıb məktub da verdim. Bakı meriyasından o məktuba cavab olaraq mənə bildirdilər ki, Xətai RİH-dən vətəndaşa verilən icazə məktubu hüquqi qüvvəsini itirib. Fövqəladə Hallar Nazirliyi də ona ünvanlanmış müraciətə baxaraq o mənzildən əlavə qapı açılmasının qanunsuz olduğunu bildirdi. Ancaq Xətainin icra başçısı prezidentin göstərişinə də məhəl qoymur”.
E.Bəndəliyevanın sözlərinə görə, müxtəlif qurumlara yazdığı şikayət məktublarının cavabını Xətai RİH-ə göstərib, qızının yaşadığı mənzilin bir otağını geri almaq istədikdə isə icra başçısı Razim Məmmədovun qəzəbinə tuş gəlib: “İcra hakimiyyətindən zəng edib polis çağırdılar. Dedilər ki, elə et, bu qadın bir də bizi narahat etməsin. Nəticədə məni məhkəməyə verdilər. RİH-də prezidentə məktub yazmağıma əsəbiləşdilər. Dedilər, sən kimsən ki, prezidentə müraciət etmisən. Dedilər buranın prezidenti Razim Məmmədovdur. Xətai Rayon Polis İdarəsi 37-ci polis bölməsi işi məhkəməyə göndərdi, guya xuliqanlıq etmişəm. Daha sonra isə RİH-dən verilən göstərişlə məni 35-ci polis bölməsinə apardılar. Bütün bunları RİH əməkdaşları Əbülfət Piriyev, Hüseyn Abbasov, şöbə müdiri Rafiq Quliyev və Vadim Surxayev edirdi. Məni polisə onlar verdi. Nəticədə Xətai Rayon Məhkəməsi 2008-ci ildə mənə xəbərdarlıq etdi. Hakim Habil Məmmədov rayon polis idarəsindən daxil olan saxta materiallara əsaslanıb günahkar olduğum barədə qərar çıxardı. Bütün bunlar Razim Məmmədovun göstərişi ilə edilib. O, 10 min manata görə başıma bu oyunları açıb. Ola bilməz ki, işçiləri ondan xəbərsiz məni polisə, məhkəməyə versin. Başçının göstərişi ilə məhkəməyə verildim, indi də məni dəlixana ilə hədələyirlər. Bunlardan sonra bir dəfə də İlham Əliyevlə görüşmək istədim, ancaq o, Xətai rayonuna səfərə gələndə başçının müavini Zaməddin müəllim məni həbs etməyi tapşırıb, deyib ki, prezidentlə görüşsə, bizi işdən çıxartdıracaq”.
Şikayətçi bildirir ki, indiyədək icra başçısının qəbuluna düşə bilməyib: “Bu şəraiti özü yaradır. Razim Məmmədov özü istəməsə, işçiləri məni təhqid edə bilməz. İcra başçısı dəllal Mirqalib Ağalarovdan aldığı 10 min manat rüşvətə görə illərdir mənə qarşı olmazın haqsızlıq edir, məhkəmələrdə süründürür. İndi də Mirqalib bizi məhkəməyə verib ki, evindən qapı açmağa imkan vermirik. İşə Xətai Rayon Məhkəməsi baxır. İyulun 18-də məhkəmədir. Ancaq mən məhkəmənin başçının göstərişi ilə qərar çıxaracağını düşünürəm. Çünki bir dəfə həmin məhkəmə başçının göstərişi ilə mənə İnzibati Xətalar Məcəlləsinə ”əsaslanaraq" xəbərdarlıq edib".
P.S. Səslənən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR