İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkil MTN təcridxanasındakı durumdan danışdı

1365 10.12.2015 14:03 Ölkə A A

Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun son 10 il ərzində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılması yenidən gündəmə gəlib. 2007-ci ildə H.Məmmədov və digərləri haqda məhkəmə hökmü çıxarılandan sonra gözlənilənlərin əksinə olaraq, H.Məmmədovu Qobustan Qapalı Həbsxanasına köçürmədilər. Onu Cəzaların İcrası Məcəlləsinə zidd olaraq, MTN-in İstintaq  Təcridxanasında saxladılar. 

Son 10 il ərzində bu məsələ zaman-zaman müzakirə mövzusuna çevrilib. Bu müzakirələr zamanı MTN-in İstintaq Təcridxanasında təqsirləndirilən şəxslərin hüquqlarının pozulması da üzə çıxıb. Ümumiyyətlə, MTN-in İstintaq Təcridxanasının olmasının qanuna zidd olduğu da belə müzakirələr zamanı xüsusi olaraq vurğulanıb.
    
Hazırda durum necədir? Eldar Mahmudovun MTN rəhbərliyindən uzaqlaşdırılması orada saxlanılan şəxslərin hüquqlarının reallaşması baxımından dəyişibmi? 

Vəkil Cavad Cavadov deyir ki, hazırda durum müsbətə doğru dəyişib: “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqda” Azərbaycan Respublikası Qanununun tətbiqinə real olaraq başlanılıb. Bu da göründüyü kimi nazirliyin rəhbərliyinin dəyişməsi ilə bağlıdır. Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə zəng etmək hüququndan mütəmadi istifadə edirlər və ailələri ilə görüşmək hüququ təmin olunur. Bu təcridxananın hüquqi statusu məsələsini kənara qoysaq, bunu müsbət addım kimi dəyərləndirmək lazımdır. Çünki bu hüquqlar, bu təcxridxanada indiyə kimi təmin olunmurdu”.

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR