İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib - FOTOLAR

760 20.01.2017 17:14 Ölkə A A
Bozalqanlı məktəbində keçirilən tədbirdə əvvəlcə Vətən uğrunda canından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Millət vəkili Q.Paşayeva 20 Yanvarla bağlı geniş çıxış edib və Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. 

Millət vəkili çıxışında 20 Yanvar faciəsindən 27 il keçməsinə baxmayaraq, bu qanlı hadisənin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd edib. Q.Paşayeva belə tədbirlərin  20 Yanvar hadisələrinin gənclər arasında daha dərindən öyrənilməsi baxımından önəmini vurğulayıb, gənclərin 20 Yanvar faciəsinin dünyaya tanıdılması istiqamətində daha səylə çalışmalı olduqlarını deyib. 

Millət vəkili 20 Yanvarın Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi olduğunu bildirib, gənclərin tariximizi dərindən öyrənmələrinin vacibliyini diqqətə çatdırıb. 20 Yanvarın tariximizdə həm də ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığın hər zaman xatırlanacağını qeyd edən millət vəkili Q.Paşayeva  20 Yanvar faciəsinə ilk olaraq mərhum prezident Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib, gəncləri bu tarixi heç bir zaman unutmamağa, müstəqil dövlətimizin inkişafı istiqamətində daha çox çalışmağa çağırıb.

Tədbirdə çıxış edən məktəb rəhbərliyi, digər ziyalılar da çıxışlarına 20 Yanvar faciəsinin tarixi aspektləri haqqında danışıb, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildiriblər. Onlar gəncləri əl-ələ verib bu faciə ilə bağlı həqiqətləri yaymaqda fəal olmağa səsləyiblər. Tədbir çərçivəsində məktəblilər də 20 Yanvarla bağlı fikirləri səsləndiriblər və onlarla bu istiqamətdə fikir mübadiləsi də aparılıb. Tədbirin sonunda millət vəkili Q.Paşayeva gənclərə Azərbycan tarixi ilə bağlı kitablar təqdim edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR