İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sovetski” sonuncu “od çərşənbəsi”ni qeyd etdi, sökülən evlərin taxtalarından tonqal qalandı FOTOLAR, VİDEO

2792 01.03.2016 21:51 Ölkə A A

Bu gün Od çərşənbəsi qeyd edilir. Bakının hər tərəfində, yaşayış binalarının həyətində çərşənbə tonqalı ətrafına yığılmış sakinləri görmək mümkündür. Lakin ən böyük tonqallar təbii ki, Bakının qədim məhəllələrində , köhnə ənənələrə uyğun olaraq tonqal qalanır və bayram tonqal ətrafında keçirilir. Məhəllənin cavanları günorta saatlarından taxta toplayır, tonqal qalayırlar. Axşam saatlarında uşaqdan böyüyə hər kəs tonqalın ətrafına toplaşır . Musiqi səslənir, gənclər oynayır, uşaqlar tonqal ətrafında şeir söyləyir. 

Musavat.com olaraq, Bakının ən qədim və artıq tarixə qovuşmaqda olan məhəlləsi olan “Sovetski”də od çərşənbəsinin necə keçirildiyini işıqlandırmaq üçün axşam düşmədən oraya üz tutduq. 

Məhəllədə əvvəlki ab-hava olmasa da, Novruz tonqalı ucalırdı. Lakin “Sovetski” digər məhəllələrdən fərqli olaraq bu il taxta baxımından korluq çəkmirdi. Sökülmüş evlərin taxta materialları məhəllə meydanına toplanmışdı. Hər tonqalın ətrafında 50 -ə yaxın sakin toplanmışdı. Bakının ən böyük tonqalı “Sovetski”də idi desək yanılmarıq.

Sakinlər deyir ki, bəlkə də bu “Sovetski”də yanan son tonqaldır. Ona görə də, bayramın gəlişi ilə bağlı sevinsələr də, bir-birlərindən uzaq düşəcəkləri onları üzür. 

Tonqal ətrafında kişilər neftdən, dollardan, qadınlar da bayramlıq ərzaqların bahalaşmasından danışırdı. Bayram olsa da, gündəm dəyişməmişdi. 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 

Məğrur Mərd
Fotolar və video müəllifindir



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR