İnsanlara hürriyət, millətlərə istiqlal!

Sınıq Körpü Buraxılış məntəqəsinin girişində barmaqlıqlar quraşdırılıb - FOTOLAR

4598 21.02.2015 22:07 Ölkə A A

Fevralın 21-də Sınıq Körpü Buraxılış məntəqəsində Azərbaycan vətəndaşlarının Gürcüstan tərəfə keçməsində sıxlıq yaşanıb. Buraxılış məntəqəsinin piyada keçidinin girişində quraşdırılmış barmaqlıqlar saatlarla bağlı qalıb, insanlar soyuqda gözlədilib, sayla buraxılıb.

Sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının bildirdiyinə görə, bu barmaqlıqlar yaxın vaxtlarda quraşdırılıb. Özünü Rəşad deyə təqdim edən vətəndaş musavat.com-a məlumat verib ki, nəzarət buraxılış məntəqəsinin Fuad adlı əməkdaşından bunun səbəbini, nə ilə əlaqədar quraşdırıldığını soruşublar. Ancaq o, bildirib ki, bu barmaqlıqları sərhəd xidmətinin əməkdaşları quraşdırıb: “Bizi soyuqda gözlədirlər. Sırf insanların gözləməsi üçün ayrılmış zallara buraxmırlar. Bu vurub onun, o vurub bunun üstünə atır, qalmışıq belə... Mən, bu yolu tez-tez gedib-gələn adamam, hər dəfə bir oyun çıxarırlar”, – deyə Rəşad əlavə edib. 

Sakinlər öz problemləri ilə yanaşı Azərbaycanı dünyada tanıdacaq qarşıdan gələn Olimpiya oyunlarının təşkilat komitəsinin işinin zəif olduğuna da diqqət çəkiblər. Belə ki, ölkə üçün kifayət qədər əhəmiyyət kəsb edən bu tədbirin təşkil edildiyi bir dövrdə buraxılış məntəqəsinin giriş və çıxışlarında yerləşən ayaqyolular çox zaman bağlı olur. Açıq olsa da, gigiyenik qaydalara riayət olunmadığından demək olar ki, istifadəyə yararsızdır. Sual olunur:

“Olimpiya oyunlarının təşkilat komitəsi hara baxır?”

Nəzərə alsaq ki, qarşıdan Olimpiya Oyunları ərəfəsində Gürcüstan vasitəsilə Türkiyə və bəzi Avropa ölkələrindən Azərbaycana turistlər daxil olacaq, bu kimi çatışmazlıqların ölkəmizin imicinə vurduğu zərəri və təşkilat komitəsinin işinə mənfi təsirini hesablamaq çətin deyil. 

Hikmət Carçılı Orhun

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR