İnsanlara hürriyət, millətlərə istiqlal!

Rövşən Lənkəranski barədə şok məlumat - 15 gün əvvəl türk polisi saxlayıbmış, Sedat Pekər qurtarıb...

21238 20.08.2016 07:55 Ölkə A A
“Yeni Müsavat”ın mötəbər qaynaqlardan əldə etdiyi  məlumata görə, qətlə yetirilməmişdən 15 gün əvvəl Türkiyə polisi Rövşən Lənkəranskini saxlayıb. Amma “qanuni oğru” polisdə çox qalmayıb. Mənbəmiz deyib ki, “Lənkəranski”nin sərbəst buraxılması üçün Türkiyənin tanınmış iş adamı, xeyriyyəçi və yeraltı dünyasının ən ünlü  isimlərindən olan Sedat Pekər işə qarışıb. Milliyyətçi cameədə də yaxşı tanınan  S. Pekər “Lənkəranski”nin azad olunmasına nail olub. S. Pekəri Türkiyə mediası “yeraltı dünyanın sahiblərindən biri”, “mafiya babası“ kimi təqdim edir. Sedat Peker  2007-ci ildə İstanbul 9-cu  Ağır Cəza Məhkəməsinin hökmü ilə mafiya çetesi qurmaq kimi ittihamlarda suçlanaraq 14 il həbs cəzası alıb. Sonradan onun adı “Ergenekon” məhkəməsində  ittihamlarda da yer alıb. Ona da bu işlə bağlı 1 il 3 ay həbs cəzası verilmişdi. 2013-cü ildə cəzasının bitməsinə 4 il qalmış isə azadlığa buraxılıb. 


Onun Azərbaycana da xüsusi sevgisi olduğu məlumdur. “Lənkəranski”ni İstanbul polisinin niyə saxladığı məlum deyil. Amma S.Pekərin “qanuni oğru”nun  azadlığa buraxılması üçün xüsusi rolu olduğu, bir neçə gün sonra isə kürdlər tərəfindən qətlə yetirilməsi barədə iddialar maraq doğurur. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR