İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramil Usubov Pakistanın müdafiə sənayesi naziri ilə görüşüb

568 28.09.2016 18:02 Ölkə A A
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 28-də Pakistan İslam Respublikasının federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə musavat.com-a DİN mətbuat xidmətindən bildirilib. Məlumatda deyilir ki, qonaqları salamlayan nazir iki dost və qardaş dövlət arasında əlaqələrin zəngin tarixi ənənələrə və dərin köklərə malik olduğunu bildirib. R.Uusubov bildirib ki, həm mərhum prezident Heydər Əliyev, həm də hazırkı dövlət başçısı İlham Əliyev bu münasibətlərin inkişafına hər zaman xüsusi önəm veriblər. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu söyləyib. Həmçinin Pakistanın beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini xüsusi vurğulayıb. Pakistanlı nazirin rəhbərlik etdiyi heyətin Bakıda keçirilən “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirakının bütün sahələrdə genişlənən əlaqələrimizin daha bir əyani təzahürü olduğu nəzərə çatdırılıb.

Daha sonra cənab Ramil Usubov DİN-in əsas funksiyaları və fəaliyyət istiqamətləri, ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat verib.

Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində son illər bütün istiqamətlərdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir iki ölkənin Daxili İşlər Nazirlikləri arasında əlaqələrin daha da dərinləşdiyini, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığa dair hökumətlərarası sazişlərin imzalandığını da xatırladıb.

Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən cənab Rana Tanvir Hussain Bakıda keçirilən “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştiraklarından məmnunluğunu ifadə edib. O, dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu, əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib, Azərbaycanın haqq işini bundan sonra da dəstəkləyəcəklərini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.                     
Xəbər XİDMƏTİ            

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR