'Qarabağ'ın matçında şəhid polkovnik Raquf Orucov anıldı - FOTOLAR

Qarabağın matçında şəhid polkovnik Raquf Orucov anılıb.
Musavat.com-un stadionda olan müxbirinin verdiyi məlumata görə, "Qarabağ" komandasının tərəfdarları bu ilin aprel ayında cəbhə xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun polkovnik-leytenantı Raquf Orucovun xatirəsinə həsr edilmiş pankart açıblar.
Şəhid polkovnikin ad günü münasibətilə açılan pankart görənləri duyğulandırıb və uzun sürəli alqışlara səbəb olub.
Musavat.com həmin andan fotoları təqdim edir.
Fotolar: Məhəmməd TÜRKMƏN